3140
10 May 2022 | 11:58

"On bir konsertin hamısına cavan bir leytenant gəlirdi və o Heydər Əliyev idi...”

“Bu gün ümummilli liderimizin anadan olmasından 99 il ötür. Təbii ki, Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə, musiqimizə çox böyük diqqət göstərirdi. O, Fikrət Əmirovdan, Qara Qarayevdən, Azərbaycan xalq musiqisindən saatlarla danışa bilərdi. Bizim müğənnilərimizə həmişə nəvaziş göstərərdi”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov Ulu Öndər Heydər Əliyev haqqında danışarkən deyib. F.Sücəddinov H.Əliyevin musiqini çox yaxşı bildiyini qeyd edib:
 
“O, özü də xalq mahnılarımızı sevə-sevə oxuyurdu. Tofiq Quliyevlə, Rəşid Behbudovla çox yaxın əlaqədə idi, onları çox sevirdi. 1941-ci ildə Tofiq Quliyev Naxçıvana konsert verməyə gedəndə on bir konsertin hamısına cavan bir leytenant gəlirdi və o Heydər Əliyev idi. Yəni o vaxtdan musiqini sevirdi. Tofiq Quliyevin yubileyində Heydər Əliyev dedi ki, “Tofiq, biz hamımız gedəcəyik, amma sənin musiqin yaşayacaq”. Musiqinin bilicisi idi. Bir dəfə Moskvadan böyük bir musiqişunas gəlmişdi və Ulu Öndər musiqidən danışanda qonaq dedi ki, mənim bura gəlməyimə ehtiyac yox idi, çünki siz musiqini o qədər dərindən bilirsiniz ki. O, Moskvada baş nazirin müavini olanda və orda da bizim musiqisimizə qatqısı olub. Böyük adam idi, siyasətçi idi. Oxuyanlar həmişə onun diqqətində idi. 
 
Bu gün də onun davamçısı İlham Əliyev cənablarıdır və o da Azərbaycan musiqi mədəniyyətinə diqqət göstərir. Eyni zamanda, Heydər Əliyev  Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük dəstəyi var.   Azərbaycan gözəl bir mədəniyyətə sahib bir xalqdır və o mədəniyyəti yaşatmaq lazımdır”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər