Ekskluziv
9063
18 Apr 2022 | 11:19

"Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer olmamalıdır..."

Ukrayanya qarşı xain hücum və bu ölkədə törətdiyi misilsiz dəhşətlər Azərbaycan vətəndaşının Rusiyaya olan qalan hüsn - rəğbətini də yox etdi və yeddidən yetmişə hamı bu şər imperiyasına nifrət etməklə bərabər onun tezliklə dağılacağına dular etməyə başladı.

Amma məsələ burasındadır ki, Bakıda hələ də iliyimizə işləyən soyuq şimal küləyi əsməkdə və hər birimizin əsəblərini tarıma çəkməkdə davam edir. Belə ki, rəhbəri fitnəkar Marqarita Simonyan olan Sputnik İnformasiya Agentliyinin Bakıdakı ofisi nəinki yır-yığış əhval ruhiyyəsində deyil, əksinə, yeni kadr islahatları ilə əsəblərimizi daha dərindən pozmaqda qərarlı görsənirlər. Federal Təhükəsizlik Xidmətinin polkovniki olan və əsas missiyası bölgəmizdə separatizmi alovlandırmaq, xalqlar arasında sonu görünməyən münaqişələr yaratmaq olan Denisov soyadlı birisini Sputnikin Bakı redaksiyasına rəhbər təyin ediblər. Əcəba, Marqarita Simonyanın Bakıdakı əli hər yerə çatan qohum-əqrəbası kimlərdir ki, Cənubi Osetiyadan Vitali Denisov kimi neqativ reputasiyalı birisini ölkəmizə soxuşdurağa müvəffəq olublar? 

Elə fikirlərini öyrənmək istədiyimiz istiqlalçı millət vəkili Vahid Əhmədov da bizim kimi tərəddüdlər burulğanında suallara cavab axtarır.

Millət vəkili Moderator.az-a açıqlamasında deyir ki, Ukraynada baş verənlərdən və Marqarita Simonyanın bir müddət öncə Moskvada Azərbaycanın ali rəhbərliyinə qarşı aşkar tərbiyəsizlik sərgiləməsindən sonra bu agentliyin kitabının bağlanmaması bir yana, faliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmir:

"Vaxtilə bu agentliyin əməkdaşı mənə müraciət edib açıqlama istəyəndə sərt şəkildə bildirmişdim ki, missiyası sonadək bəlli olmayan və Marqarita Simonyan kimi bir Azərbaycan düşməninin rəhbəri olduğu agentliyə mən heç zaman danışmaram. Zaman mənim haqlı olduğumu göstərdi və hesab edirəm ki, belə bir təxribatçı adamın rəhbərlik etdiyi media resursunu hamı iqnor etməlidir. Üstəlik, Ukraynada baş verənlər və M. Simonyanın bu məsələlərdə tutduğu faşist mövqe, bu azmış kimi Moskvada səfərdə olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qarşı aşkar hörmətsizlik, hətta deyərdim ki, tərbiyəsizlik etməsindən sonra gözləmək olardı ki, belə bir təxribatçı agentlik gəldiyi yerə qədər qovulacaq. Amma biz bunun əksini görürük. Təbii, əvvəllər ölkənin media siyasətinə rəhvərlik edənlərin qatı Moskvapərəst olduqları kimsəyə sirr deyildi və onlar bu cür işləri can başla görürdülər. Amma indi çox şükürlər ki, media siyasətinə Azərbaycanı içdən sevən və onun təhlükəsizliyinə göz bəbəyi kimi baxan şəxslər rəhbərlik edir. Elə isə, Marqarita Simonyana niyə qapını göstərmirik? Heç nədən çəkinmək lazım deyil. Bu heç də Azərbaycanda rus dilinə və Rusiyaya qarşı hansısa ukraynapərsət addım kimi qiymətləndirilə bilməz. M. Simonyanın qəbuledilməz hərəkətləri ortada və Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer omamalıdır". 

Link kopyalandı!
Son xəbərlər