Ermənilər Pasxa günü Kəlbəcərdəki qədim məbədimizə ziyarət təşkil edəcək?...
Ekskluziv
4380
12 Apr 2022 | 07:35

Ermənilər Pasxa günü Kəlbəcərdəki qədim məbədimizə ziyarət təşkil edəcək?...

"Erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir..."
 
Erməni Apostol kilsəsinin Qarabağ yeparxiyası  aprelin 17-də - ermənilərin Pasxa  bayramı qeyd etdiyi bazar günü  Azərbaycan Respublikasının  Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına ziyarət təşkil etməyə hazırlaşır. 
Moderator.az xəbər verir ki, erməni mediasının yazdığına görə, bu barədə  Xankəndindəki Surb Astvatsatsin kilsəsinin ruhani keşişi, keşiş Nerses Əsryan öz "Facebook" səhifəsində məlumat paylaşıb.
 
“Möminlərimiz üçün çoxdan gözlənilən xəbər. Müqəddəs Diriliş günündə Artsax yeparxiyası Dadivank ziyarətini təşkil edir. İştirak etmək istəyənlər mümkün qədər tez Stepanakertin(Xankəndinin-S.L.) iki kilsəsindən birində qeydiyyatdan keçməlidirlər”, - deyə keşiş  yazıb.
 
Xəbərdə ermənilərin Kəlbəcər rayonu ərazisində yerləşən  Xudavəng məbədinə ziyarəti üçün Azərbaycan tərəfindən icazə alınıb-alınmaması haqda məlumat verilmir.
Xatırladaq ki, 10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların  işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya "sülhməramlı"larının müşayiəti ilə məbədi ziyarət ediblər.
 
Zəruri şərh:
 
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Qarabağdakı "qədim erməni abidəsi" adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir...
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər