Finlandiya və İsveç NATO- ya üzv olmaq prosesinə start verib
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi alyansı sıx birləşdirib və digər ölkələri də onun üzvü olmaq istəyini artırıb.
Finlandiya və İsveç tezliklə NATO- nun üzvü ola bilər. Gözlənilir ki, bu addım Moskvanın hiddətinə səbəb olacaq, lakin eyni zamanda Rusiyanın Ukraynaya müdaxilə etməsilə strateji səhv buraxdığını göstərəcək.
Moderator.az xəbər verir ki, bu barədə aprelin 9- da CNN telekanalı məlumat yayıb.
NATO- nun yüksək vəzifəli məmuru məlumat verib ki, İsveçlə Finlandiyanın NATO blokuna qoşulması barədə söz- söhbət Rusiyanın təcavüzünə cavab olaraq ciddi xarakter alıb.
ABŞ Dövlət departamentinin nümayəndələri bəyan edib ki, Avropanın yeni ölkələrinin NATO- ya birləşdirilməsi məsələsi bu günlərdə alyans ölkələri xarici işlər nazirlərinin görüşündə müzakirə edilib, orada Stoqholm və Helsinkini təmsil edən xarici işlər nazirləri də iştirak edib.
Qərbdə rəsmi şəxslər iddia edir ki, hadisələrin bu cür məcrası Putinin Ukraynaya qarşı hərəkətlərinin NATO- nun necə birləşməsinə və güclənməsinə gətirib çıxardığını sübut edir.
Yəni Rusiya prezidentinin hesabladığı məqsədin- NATO- nu parçalamaq və zəiflətmək məqsədinin əksi ilə üzləşməsini nümayiş etdirib.
Dovlət departamentinin nümayəndəsi iddia edib ki, İsveç və Finlandiya vətəndaşlarının geniş ictimai rəyi son 6 həftədə NATO- ya üzv olmağın xeyrinə dəyişib.
"Sadəlövhlük dövrü bitib, reallıq dövrü başlayıb. Buzim Rusiya ilə münasibətlərimiz onun son davranışlarından sonra əvvəlki kimi qala bilməz".
Fin siyasətçisi, Finlandiyanın 2014- 2015- ci illərdə baş naziri olmuş Aleksandr Stubb CNN- ə deyib ki, ölkədə çoxdan bəri idealizmlə, yəni qonşu Rusiya ilə işləmək arzusu ilə güclü ordu saxlamağı tələb edən gerçəklik arasında gərginlik mövcuddur. Hazırda idealizm yoxa çıxıb. "Finlər hesab edir ki, əgər Putin öz bacı- qardaşlarını qətlə yetirməyi bacarırsa, bunu Finlandiyada etməyə ona heç kim mane olmayacaq", - Stubb izah edib.
Finlandiyanın baş naziri Sanna Marin bəyan edib ki, ölkə parlamenti yaxın həftələrdə NATO- ya üzv olmaq barədə məsələni müzakirə edəcək, əlavə edib ki, müzakirələr yayın ortalarınadək davam edəcək".
"Düşünürəm ki, hər şeyi diqqətlə müzakirə edəcəyik, amma bu məsələni uzatmaq fikrində deyilik, çünki vəziyyət çox ağırdır", - o, belə deyib.
İsveçin baş naziri Maqdalena Andersson həmçinin ölkəsinin NATO- ya daxil olmasını istisna etməyib. İsveçin digər məmuru məlumat verib ki, önun ölkəsi təhlükəsizlik məsələsini təhlil edir və mayın sonunda hökumət öz mövqeyini açıqlayacaq.
Finlandiyanın ABŞ- dakı səfiri CNN- ə deyib ki, Finlandiya və İsveç bu məsələdə əməkdaşlıq edir, lakin hər ölkə müstəqil qərar verəcək.