3441
08 Apr 2022 | 14:27

"Təcavüzkar Putin yayın sonunadək öz kabinetində öləcək" - Sehrbazın şok proqnozu

Sehrbaz Putinin ölümünün tarixini və yerini açıqlayıb
 
Aleksandr Kantonistov bəyan edib ki, 2022- ci il Rusiya üçün fəlakətli olacaq
 
"Eksrtasenslərin döyüşü" şou- proqramının iştirakçısı, sehrbaz Aleksandr Kantonistov bəyan edib ki, 2022- ci ildə Rusiyaya yaxşı heç nə vəd etmir.
 
Onun sözlərinə görə, martın sonundan aprelin 6- dək Rusiyada Putin rejiminə yaramayanlardan  "təmizləmə" işləri aparılacaq. Həmçinin Rusiyada "iqlim" də kəskinləşəcək, bu isə o deməkdir ki, getdikcə narazıların sayı artacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə sehrbaz "Faktı ICTV" nəşrinə müsahibəsində danışıb.
 
Kantonistov qeyd edib ki, aprelin ortaları həlledici olacaq. Bu zaman Rusiya qoşunlarının Ukraynadan çıxması münkündür. Yayın sonuna təcavüzkar Putin ölə bilər.
 
"İyunun əvvəlindən Putin üçün həyatının ən kritik dövrü başlayır- diktator zəhərlənə və ya ona fiziki cəhətdən divan tutula bilər. Çox güman ki, Putində təqibetmə maniyası kəskinləşəcək, psixi pozuntular onun Rusiya rəhbərliyində təmsil olunanlara qarşı qərarlarına təsir edəcək. Repressiyalar kəskinləşə, öz adamları ona satqın kimi görsənə bilər. Bunlar düşünülməmiş davranışa gətirib çıxara və gələcəkdə ona yalnız zərər vura bilər", - sehrbaz belə deyib. O, əlavə edib ki, Putin birbaşa öz kabinetində vəfat edə bilər.
 
"Putinin həyatının pik nöqtəsi 2022- ci ilin avqust- sentyabr aylarına təsadüf edəcək. Bu müddətdə onun ölüm ehtimalı çox yüksəkdir. Çox güman ki, bu ölüm onun kabinetində baş verəcək", - sehrbaz əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər