“İsrail rəhbərləri həm də türklərin tarixi yaddaşının oyanmasından və imperiya təfəkkürünün geri qayıtmasından qorxurlar...”
“Suriya və xüsusilə Dəməşq coğrafi baxımdan beynəlxalq logistik xətlərin kəsişmə nöqtəsində yerləşir. Bu ərazini ələ keçirsə, İsrail dünyanın ən mühüm tranzit hablarından birinə çevrilə bilər...”
“İsrail rəhbərliyi inanır ki, Tanrı “Yəhva” Suriyanı yəhudilərə vəd edib...”
“Tramp-Netanyahu cütlüyünün İrana təcavüzünün əsas məqsədi "Böyük İsrail" layihəsini gerçəkləşdirmək idi. Bunun üçün plan üzrə 6 mərhələdən keçmək lazımdır...”
Tanınmış tədqiqatçı Araz Şəhrili Moderator.az-ın “Bəzi Türkiyə və dünya nəşrlərinin iddia etdiyi İsrail ordusunun Dəməşqi işğal etmək təhlükəsi doğrudan da realdırmı və buna cəhd ediləcəyi halda Türkiyənin reaksiyası necə ola bilər?” sualına aşağıdakı analitik yazısıyla cavab verib:
Dəməşq işğal ediləcəkmi..?
İsrailin Suriyaya qarşı hərbi təcavüzünün 12 səbəbi var:
1. İsrailin ərazisi 22.000 kv km, əhalisi 10.000.000 nəfərdir. Müqayisə üçün qeyd edək ki, Ermənistanın ərazisi 29.743 kv km, əhalisi 3.000.000 nəfərdir. Dünyada 17.000.000, İsraildə isə 8.000.000 yəhudi yaşayır. Deməli, 9.000.000 yəhudi haçansa İsrailə köçsə, bu ölkədə böyük sıxlıq yaranacaq və əhalinin həyat keyfiyyəti aşağı düşəcək. Beləliklə, İsrail genişlənməlidir...
2. İsrailin su ehtiyatları məhduddur. Bu problemi Suriya torpaqlarındakı mənbələr hesabına həll etmək olar...
3. İsrailin həmsərhəd olduğu ölkələr Misir, İordaniya, Livan, Suriyadır...
- Misir ordusu güclüdür, həm də Sisi rejimi ABŞ və BƏƏ-nin müttəfiqidir...
- İordaniya dövləti ABŞ-nin bölgədəki ən etibarlı tərəfdaşıdır. Bu ölkədə ABŞ-nin hərbi bazaları var.
- Livan torpaqlarının keşiyində çox güclü "Hizbullah" təşkilatı durur. İsrail hərbçilərinin “hizbullah”çılara qalib gəlmək şansı çox aşağıdır. Livan xristianlarının maraqlarını Fransa qorumağa çalışır. Livan sünniləri isə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri ilə əlaqəlidirlər.
- Beləliklə, ən zəif bənd amansız vətəndaş müharibəsinin xaraba qoyduğu Suriyadır...
4. Suriyada İsrail öz tarixinin çox nadir təzahürlərindən biri ilə qarşılaşıb. Şiəliyin ismaili məzhəbindən ayrılmış dəruzi cərəyanının ardıcılları İsrail ordusunun onların ərazisinə gəlişini əsasən alqışlayırlar...
5. İsraillilər Suriyada dini dövlətin qurulmasını istəmirlər. Onlar əş-Şəranı islaholunmaz cihadçı hesab edirlər.
6. İsrail Türkiyənin Suriyada möhkəmlənməsinə qarşıdır. Görünür, israillilər inanırlar ki, İsrail dövləti Yerusəlim krallığının taleyini təkrarlaya bilər. Xatlrladaq ki, həmin krallığın axırına məhz türklər (Misir məmlükləri) çıxmışdılar. O dövrdə Suriya da məmlük dövlətinin tərkibində idi. Digər tərəfdən, Suriya, indiki İsrail (tarixi Fələstin), ümumilikdə bütün Yaxın Şərq əsrlər boyunca Osmanlı imperiyasının tərkibində olub. İsrail rəhbərləri həm də türklərin tarixi yaddaşının oyanmasından və imperiya təfəkkürünün geri qayıtmasından qorxurlar...
7. Suriya və xüsusilə Dəməşq coğrafi baxımdan beynəlxalq logistik xətlərin kəsişmə nöqtəsində yerləşir. Bu ərazini ələ keçirsə, İsrail dünyanın ən mühüm tranzit hablarından birinə çevrilə bilər...
8. Neft və qaz yataqları...
9. Tikinti üçün lazım olan bazalt daşları və digər faydalı qazıntılar...
10. Kənd təsərrüfatı üçün yararlı olan torpaqlar...
11. Suriyanın işğalı İran dövləti ilə Livandakı “Hizbullah” təşkilatı arasında əlaqəni çətinləşdirə bilər...
12. İsrail rəhbərliyi inanır ki, Tanrı “Yəhva” Suriyanı yəhudilərə vəd edib. Faktiki olaraq, onların nəzərində "Tövrat" yaşayış təyinatlı torpaqlar üçün alınmış ən qədim və qüvvədə olan çıxarıışdır.
İsrail 4 halda Suriyaya qarşı fəal və aqressiv hərəkətlərə başlaya bilər:
1. Trampın İrana məğlubiyyəti rəsmiləşsə... Bu vəziyyətdə İsrail İrandan və onun müttəfiqlərindən gözünü çəkib diqqətini Suriya üzərində cəmləşdirəcək...
İzah:
Tramp-Netanyahu cütlüyünün İrana təcavüzünün əsas məqsədi "Böyük İsrail" layihəsini gerçəkləşdirmək idi. Bunun üçün plan üzrə 6 mərhələdən keçmək lazımdır...
- İran İslam Respublikasını süquta uğratmaq...
- Saxta şahzadə Rza Pəhləvini şah, prezident və ya baş nazir sifətində hakimiyyət başına gətirmək...
- İranın nefti, qazı və digər təbii sərvətləri, eləcə də insan resursları hesabına İsrail əhalisinin rifahını yüksəltmək...
- İran xalqını fars şovinizmi və qatı məzhəbçilik ruhunda tərbiyələndirmək...
- Yeni İran ordusunun gücü ilə ərəbləri və onların köməyinə gəlsələr, həm də türkləri məğlub etmək...
- Yaxın Şərqin bütün neft və qaz ehtiyatlarına yiyələnmək...
2. Donald Tramp və İsrail lobbisi ABŞ-də öz nüfuzunu ən azı yaxın illərdə qoruyub saxlaya bilsə...Ancaq aralıq seçkilərdə ağır məğlubiyyət artıq baş vermiş faktdır...
3. Hansısa "möcüzə" sayəsində Tramp İran İslam Respublikasına qalib gəlsə... Türkiyə və Suriya üçün ən pis variant məhz budur. Amma bəri başdan vurğulayaq ki, ən cəsarətli təhlilçilərin də artlq belə bir proqnoz verməyə cürəti çatmır...
4. ABŞ İrana qarşı fəal hərbi əməliyyatlara başlasa...
Belə bir halda İsrail bu müharibəyə qoşulmamaq üçün "üzrlü bəhanə" əldə etməyə çalışacaq. Bunun yollarından biri də Suriyada döyüşlərə start verməkdir. Xatırladaq ki, müharibənin 44 günlük fəal mərhələsindən sonra Benyamin Netanyahu öz ordusunu Livan üzərinə göndərərək Donald Tramp ordusunun İrana qarşı sonrakı hərbi əməliyyatlarından uğurla yayına bildi...
İsrail 6 halda Suriyaya qarşı fəal və aqressiv hərəkətlərə başlaya bilməyəcək:
1. İsrail İrandan çox ağır bir zərbə alsa...
Lakin bu ehtimalı aşağı dəyərləndiririk. Netanyahu və onun başçılıq etdiyi qruplaşma ilə bağlı ciddi bir səbəb ortaya çıxmasa, İsrail İranla müharibəyə daxil olmayacaq. Xatırladaq ki, bu vaxtadək İranla bütün müharibələr İsrailin təşəbbüsü ilə başlasa da, onların hamısı məhz İsrailin təkidli xahişləri ilə dayandırılıb. İsrail çalışır ki, İran İslam Respublikasının axırına ABŞ ordusunun əli ilə çıxsın...
2. ABŞ-də demokratlar öz iradələrini qətiyyətlə diktə etməyə başlasalar...
Demokratlar üçün prioritet məsələ Ukraynadır. Bu isə o deməkdir ki, ABŞ yenidən NATO-nun həqiqi lideri olacaq. NATO daxilində ikinci ən böyük daimi ordusuna və strateji coğrafi mövqeyinə görə Türkiyə bu təşkilatın əsas sütunlarından biridir. Bir sözlə, NATO Türkiyəsiz keçinə bilməz...
3. Benyamin Netanyahu hakimiyyətdən kənarlaşdırılsa...
İsrailin tarixi boyunca ABŞ prezidentinə bu dərəcədə təsir göstərə bilmiş, onu öz iradəsinə tam tabe etmiş yeganə baş nazir məhz Benyamin Netanyahudur. Senator Lindsi Qremin Ukraynaya səfərindən sonra öldürülməsindən (rəsmi məlumata görə, öz əcəli ilə ölüb) və respublikaçıların aralıq seçkiləri uduzmasından sonra onun sıradan çıxarılması Trampa üçüncü və həlledici zərbə ola bilər. Amma belə bir fikir də var ki, Tramp özü də Netanyahuya məhz bu aqibəti arzulayır...
4. Türkiyə Suriyadan çəkilsə...
Bu halda hətta əş-Şəra hökuməti belə Tehranın müttəfiqinə çevrilməyə məcbur olacaq. Bu isə o deməkdir ki, İran Suriyaya yenidən qayıdacaq və “müqavimət cəbhəsi"nin qırılmış halqası nəinki bərpa ediləvək, həm də güclənəcək. Xatırladaq ki, ABŞ Əfqanıstanı işğal etdikdən sonra İran əvvəllər düşmən olduğu “Taliban” hərəkatı ilə ciddi əməkdaşlığa başlamışdı.
5. Böyük Britaniya öz mövqeyini qətiyyətlə ortaya qoysa...
Britaniyalılar Yaxın Şərqdə xaosun yaranmasını istəmirlər. İsrailin Dəməşqi işğalı isə bölgəni olduqca idarəolunmaz bir vəziyyətə salacaq...
6. İslam ölkələri arasında ən azı situativ birliyin yaranması...
Dəməşqin süqutu "Məkkə Sazişi"ni sözün əsl mənasında ciddi bir ittifaqa çevirəcək. Halbuki, əvvəldə bu sazişə baxışlar çox fərqli idi...
- Səudiyyə Ərəbistanı ABŞ-ni təmsil edir. ABŞ-nin məqsədi Səudiyyə Ərəbistanının əli ilə Pakistan və Türkiyəni əvvəlcə Yəmənlə, sonra isə üsulluca İranla savaşa cəlb etmək idi. Amma bu plan iflasa uğradı...
- Pakistan tək özünü deyil, Çini də təmsil edir. Pakistanın məqsədi Səudiyyə Ərəbistanından maddi yardımlar almaq, Çinin məqsədi isə Səudiyyə Ərəbistanını öz müttəfiqinə çevirməkdir. Bu plan hələ ki, uğurla davam edir...
- Türkiyə həm özünü, həm də NATO-nu təmsil edir. Türkiyənin məqsədi İsrailə qarşı gələcəkdə effektli mübarizədə aparmaq üçün müttəfiqlər əldə etmək, NATO-nun məqsədi isə Donald Trampın yaratdığı xaos dönəmində Qərbin İran körfəzində hərbi mövcudluğunu hansısa formada saxlamaqdır. Nəzərə alaq ki, ABŞ-nin İrana məğlubiyyəti rəsmiləşsə, ABŞ ordusu İordaniya və İsrail istisna olmaqla, bölgənin digər ölkələrini tərk edəcək. Belə bir situasiyada Türkiyə Qərbin Yaxın Şərqdə əsas tərəfdaşı olacaq...
Müəllif: tədqiqatçı Araz Şəhrili
Təqdim etdi:
Sultan Laçın