Bugünün qəhrəmanı ilə gələcəyin qəhrəmanları arasında görüş...
Ekskluziv
1600
04 Nov 2026 | 16:51

Bugünün qəhrəmanı ilə gələcəyin qəhrəmanları arasında görüş...

“Məktəbdə...” layihəsindən vətənpərvərliklə bağlı möhtəşəm tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olub. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində baş tutan görüşdə Zaur Hüseynov şagirdlərə məktəb illəri, gələcək peşə seçimi, hərbi xidmət və döyüş yolu barədə danışıb, həyat təcrübəsini məktəblilərlə bölüşüb, qarşıya qoyulan məqsədlərə çatmaqda təhsilin, intizamın və əzmkarlığın rolundan bəhs edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin şagirdləri Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynovla görüşdürməsi istər tarixi həqiqətlərin təbliği, istər vətənpərvərlik tərbiyəsi, istərsə də ideoloji təhlükəsizliklə baxımından olduqca önəmlidir. Bu cür görüşlər gənc nəslin 44 günlük Vətən müharibəsi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi möhtəşəm zəfər haqqında dolğun şəkildə məlumatlanması, bu tarixi zəfərin önəmini bilavasitə bu zəfərə imza atan şəxslərdən eşitməsi onların dünyagörüşünün, vətən sevgisinin, tarixə və gələcəyə baxşının formalaşması baxımından mühüm əhəmiyət kəsb edir. Başqa sözlə desək, əslində bu cür tədbirlər bugünün qəhrəmanı ilə gələcəyin qəhrəmanlarının görüşü, onlar arasnda mənəvi-psixoloji bağlılığın təmini deməkdir.

Əminliklə demək olar ki, bu və bu qəbidən olan hər bir görüş yeniyetmələrin yaddaşında özünə əbədi yer edəcək, onların gələcək fəaliyyətində özünü mütləq şəkildə göstərəcək. Çünki təcrübə sübut edir ki, belə görüşlər yeniyetmə və gənclərə heç vaxt unuudlmayacaq qədər böyük təəssüratlar bəxş edir, onların sabaha baxışının formalaşmasında, ali mənəvi dəyərlərə yiyələnməsində həllledici rol oynayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdə...” layihəsi özü-özlüyündə əsl vətənpərvərlik məktəbidir və bu məktəb qəhrəmanlarımızı gənclərə tanıtmaqla yanaşı, onların özünü də ruhi-mənəvi baxımdan qəhrəmanlığa hazırlayır. Əslində bu layihənin ən böyük əhəmiyyəti məhz budur.

Ümid edirik ki, bu layihə davamlı olacaq və bundan sonra da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə öz töhfəsini verəcək.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər