Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış aktrisa Fidan Axundovanın tiktok səhifəsi oğurlanıb.
O bu haqda Moderator.az-a açıqlama verib və izləyicilərini xəbərdar edib:
“Dünən səhər saat 11-dən tiktok səhifəm oğurlanıb. O saatdan etibarən profilimə daxil ola bilmirəm. Dəfələrlə cəhd etsəm də uğursuz alınıb. Əslində elə də böyük səhifə deyildi, amma orada şəkillərim var idi, tamaşaçı və izləyicilərlə ünsiyyət qururdum. Kiməsə nəsə yazsalar ayıq olsunlar. Həmin dəqiqə mənimlə əlaqə saxlasınlar”.
Fidan Axundova bildirib ki, bir neçə il öncə adından istifadə edilərək səhifə açılıb:
“O vaxt adıma feysbuk səhifəsi açmışdılar. Kimin açdığını, haradan idarə olunduğunu bilmirdim. Müvafiq qurumlara müraciət edəndən sonra səhifə bağlandı və sübut olundu ki, mənə aid deyil. Çünki heç vaxt feysbuk səhifəm olmayıb. Amma tiktok mənim öz şəxsi səhifəmdir”.