Xalq artisti görkəmi ilə diqqət çəkdi, izləyicilər tanımadı: “Bu qıvrımsaç bəy kimdir?” - ÖZƏL
2208
03 Nov 2026 | 09:50

Xalq artisti görkəmi ilə diqqət çəkdi, izləyicilər tanımadı: “Bu qıvrımsaç bəy kimdir?” - ÖZƏL

Xalq artisti, tanınmış opera müğənnisi Azər Zeynalovun sosial şəbəkələrdə görüntüləri yayılıb. Qıvrım saçları və xüsusi libası ilə görüntülənən sənətkar imici ilə diqqət çəkib. Müğənnini indiyə qədər belə görkəmdə görməyən izləyicilər onu tanımaqda çətinlik çəkiblər. Onlar təəccüblərini gizlədə bilməyərək “bu qııvrımsaç kişi kimdir?”, “Məncə Azər Zeynalovun oğludur” deyə rəylər yazıblar.
 
Moderator.az araşdırandan sonra isə əsl həqiqət üzə çıxıb. Sən demə bu sənətkarın imici yox, tamaşa üçün istifadə etdiyi parik və xüsusi geyimdir. Tamaşadan sonra sevənləri ilə görüşən sənətkar bu görkəmdə görüntülənib. O azyaşlı muğam ifaçısı Əhəd Ağayevlə görüşüb, onun ünvanına təriflər yağdırıb.
Qeyd edək ki, sənətkar 30 ildir ki, Akademik Opera və Balet teatrında çalışır. Müğənni milli və klassik opera tamaşalarında bir çox parlaq obrazlar yaradıb. O əksər ölkələrdə çıxış edərək, əsas partiyaları ifa edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər