“Bizi Könül Kərimova tanış etdi; o vaxtdan da rəfiqəlik edirik, bacı kimiyik” -ÖZƏL
1876
30 Oct 2026 | 22:15

“Bizi Könül Kərimova tanış etdi; o vaxtdan da rəfiqəlik edirik, bacı kimiyik” -ÖZƏL

0:00 / 0:00

“Ceyran xanımla bizi illər öncə, daha dəqiq desək 1995-ci ildə Könül Kərimova tanış etmişdi. Sonradan münasibətlərimiz daha da yaxın oldu. Tanışlıq rəfiqəliyə, rəfiqəlik bacılığa, bacılıq isə ailəvi dostluğa çevrildi. İndiki günə qədər biz çox yaxın rəfiqəyik. Hər zaman xoş günlərimizdə bir-birimizin yanındayıq. Ceyran xanım çox vəfalı, qayğıkeş, diqqətli və olduqca insanpərvər bir şəxsdir. Mən ondan özümə hər zaman bir bacı qayğısı görürəm”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. 

Xalq artisti, Ceyran Rəhimovanın təqdimatında illər sonra yenidən yayımlanan “Sən bir nəğmə, mən bir nəğmə” verilişindən də danışıb:

“Uzun illərdir bu veriliş efirə getmirdi. Amma sosial şəbəkələrdə hər zaman paylaşılırdı. Azərbaycan efirində çox nadir aparıcılar olub ki, verilişlərinin adı ilə yadda qalsınlar. Bunlardan biri də Ceyran Rəhimova idi. Həmişə onu görən tamaşaçı o dəqiqə deyirdi ki, “Sən bir nəğmə, mən bir nəğmə”. Bu, o dövr üçün çox möhtəşəm bir veriliş idi. Böyük tamaşaçı marağına səbəb olmuşdu. Hər kəs onun efirə qayıtmağını arzulayırdı və həmin günü səbirsizliklə gözləyirdilər. Qismət bu ilə imiş. Verilişin adı qalıb və formatda bəzi dəyişiklər olub. Məni də görənlər bu veriliş münasibətilə təbrik edirlər. Keyfiyyətli verilişlər ümumiyyətlə çox azdır. Ceyran xanım kimi intellekti yüksək olan aparıcılar efirlərimizə lazımdır. Azərbaycan bəstəkarlarının mahnıları Ceyran xanımın verilişində, müğənnilərin ifasında hər zaman mühüm yer tutub. Arzu edirəm ki, bu xətti Ceyran Rəhimova uzun illər davam etdirsin. O qədər bəstəkar mahnılarımız var ki, bunlar efirlərdə səsləndirilməlidir. Biz öz kökümüzü unutmamalıyıq. Musiqimizin zənginliyini, gözəlliyini efirlərə qaytarmalıyıq. Hər ölkənin öz musiqisi, dəyərləri var. Bizim də musiqimizin kökü muğamdan, aşıq musiqisindən ibarətdir. Milli musiqimizin əvəzi yoxdur. Belə verilişlər efirlərə qayıtmalıdır. O verilişlərdə də bəstəkar, xalq mahnıları öz axarı ilə getməlidir. Xarici ölkələrdə bizim musiqilərimizi başqa xalqların adına çıxarırlar. Biz musiqimizə sahib çıxmasaq o, bu mahnılarımızı götürüb ifa edəcək. Ceyran xanımı ürəkdən təbrik edirəm ki, hazırladığı veriliş ilə milli musiqimizin keşiyində durur” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər