“Sağlamlığını, özünü toylarda məhv etdi” - Zaur Rzayevin ölümündən danışdı-FOTO+ÖZƏL
Ekskluziv
3460
29 Oct 2026 | 21:30

“Sağlamlığını, özünü toylarda məhv etdi” - Zaur Rzayevin ölümündən danışdı-FOTO+ÖZƏL

0:00 / 0:00

“Zaur Rzayev gözəl insan, böyük şəxsiyyət, sevilən sənətkar idi. Ölüm xəbərini mənə deyəndə çox pis oldum. Ondan bir pislik görməmişəm. Daha çox Aftandillə toylara gedirdi. Yaxın dost idilər. Mən də onunla rayon toylarında çox olmuşam. İnsanı yolda tanıyarlar, mən də onu bir şəxsiyyət kimi yolda tanıdım”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib.

O daha sonra əlavə edib:

“İtirə-itirə gedirik. O vaxtın sənətkarlarından kimlər qalıb ki? Heç kim! Xəstə olduğunu da bilirdim. Onda problem qaraciyərində idi. Bilirsiniz hamısı nədəndir?! Əlbəttə ki, toylardan.. Hamı çörək puluna görə gedir də. İsti-soyuq olur. İsti adama deyir ləzzət edir, çölə çıxırsan soyuq olur. Bu zaman da bədən çökür. Özümüzü toylarda məhv edirik” deyə sənətkar bildirib.

Gövhər Rzayeva bildirib ki, Zaur Rzayevin dəfnində iştirak edəcək:

“Jurnalistlər zəng edib ev ünvanını soruşurlar. Bilirəm ki, əvvəl Bulvar tərəfdə qalırdı, indi dəqiq deyə bilmərəm. Yəqin ki, ətraflı məlumat veriləcək. Sabah dəfn olunacaq. Əlbəttə ki, iştirak edəcəm” deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər