Ermənistan üzr istəməli və sübut etməlidir ki, o, etdiyi əməllərin mənəvi məsuliyyətini anlayır
Ekskluziv
1585
26 Oct 2026 | 18:49

Ermənistan üzr istəməli və sübut etməlidir ki, o, etdiyi əməllərin mənəvi məsuliyyətini anlayır

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusundakı xüsusi sessiyada çıxış edib. Çıxşında Azərbaycan-Ermənistan münsibətlərinə toxunan Hikmət Hacıyev, Ermənistanın 30 illik işğal dönəmi ilə bağlı xalqımızdan üzr istəməli olduğunu bildirib:

“Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”.

Şübhəsiz, Hikmət Hacıyevin səsləndirdiyi fikirlər iki dövlət arasındakı həm keçmiş, həm də gələcək münasibətlər baxımından mühüm rol oynayır. Heç kimə sirr deyil ki, 30 illik erməni işğalı Azərbaycan xalqına böyük bəlalar, ağır məhrumiyyətlər gətirib, onun ən təməl haqqlarına qəsd edib. Bu baxımdan, Ermənistan keçmişdə  etdiyi əməllərə, törətdiyi cinayətlərə, qeyri-insani davranışlara görə Azərbaycan xalqından üzr istəməli, bununla da peşman olduğunu bəşəriyyət önündə etiraf etməlidir. Ermənistan bununla sübut etməlidir ki, o etdiyi əməllərin mənəvi məsuliyyətini anlayır və bu əməllərin anti-bəşəri mahiyyətini dərk edir.

Ermənistanın Azərbaycan xalqından üzr istəməsi iki xalq, iki dövlət arasındakı gələcək münasibətlərin sağlamlığı baxımından da olduqca vacibdir. Çünki keçmişin bir-birindən ağrılı hadisələri ilə bağlı səmimi peşmanlıq duymadan Ermənistanın Azərbaycanla mövcud və gələcək münasibətləri etibarlı zəmin üzərində inşa etməsi mümkünsüzdür.

Buna görə də, həm Ermənistan cəmiyyəti, həm də Ermənistan dövləti Hikmət Hacıyevin bu çağırışından nəticə çıxarmalı, keçmişdə etdiyi cinayətlərə görə üzr istəməklə yeni münasibətlərə hazır olduğunu təsdiqləməlidir. Əks təqirdə, iki dövlət və xalq arasındakı gələcək münasibətlər hər an dağılmağa hazır formallıqdan və imitasiyadan başqa bir şey olmayacaq!

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər