“Bu konfrans erməni vəhşiliyinin miqyas və amansızlığını ifşa etdi”
Ekskluziv
1902
08 Oct 2026 | 20:53

“Bu konfrans erməni vəhşiliyinin miqyas və amansızlığını ifşa etdi”

“Azərbaycan xalqı erməni vəhşiliyinin və vandalizminin miqyasını dünya ictimaiyyətinə nə qədər çılpaqlığı ilə göstərsə də bu, erməni toplumunun xislətini beynəlxalq miqyasda sübut etməsi baxımından zəif qalacaq. Çünki bu vəhşilikləri yaşamayan Azərbaycan xalqının bu illərdə çəkdiyi əziyyətləri başa düşə bilməz”.

Bunu Moderator.az-a açıqlamasında ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildiirb. Ekspert qeyd edib ki, itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans və DTX rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin məlum konfransdakı çıxışı erməni vəhşiliyinin qlobal miqyasda ifşası baxımından mühüm əhəmiyyətə malikdir:

                                        

“Təbii ki, erməni vəhşiliklərinin dünya miqyasında ifşası vacibdir və Azərbaycan dövləti bu istiqamətdə mühüm işlər görür. Azərbaycan dövləti sülh çağırışları və addımları ilə yanaşı, Ermənistanın Azərbaycan xalqına vurduğu mənəvi zərbənin də acılı faktlarını ifşa edir. İşğal zonalarında təsadüfən və ya məqsədli şəkildə aparılan qazıntılar zamanı tapılan azərbaycanlıların məzarlıqları qandondurucu mahiyyəti ilə yanaşı, erməni vəhşiliyinin bariz nümunəsi kimi qəzəb doğurur. Ermənistanın dövlət terrorunun mahiyyətini ortaya qoyur, onu isbat edir. Azərbaycan Dövlət Komissiyasının sədrinin çıxışındakı səsləndirdiyi faktlar bütün dünyaya bu vəhşiliyin miqyasını göstərməklə bərabər Azərbaycanın bütün hallarda bu kimi faktları açıqlamaqda tərəddüd etməyəcəyini, bundan sonra da sülh olsa belə, erməni vəhşiliklərini unutmayacağımızı göstərməsi baxımından önəm daşıyır.

Hesab edirəm ki, Azərbaycan bundan sonra bir əlində sülh göyərçini tutacaqsa, bir əlində də həmişə silah tutacaq. Bu, Azərbaycanı özünə düşmən hesab etmək istəyənlərə layiqli cavab olacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər