“Xəstəyəm, canım ağrıyır, qurban olum AZTV-yə” - Xalq artistindən KÖVRƏLDƏN sözlər+ÖZƏL
Ekskluziv
2053
03 Oct 2026 | 09:00

“Xəstəyəm, canım ağrıyır, qurban olum AZTV-yə” - Xalq artistindən KÖVRƏLDƏN sözlər+ÖZƏL

“Xəstəyəm, canım ağrıyır. Bütün günü evdəyəm. Həkimlər mənə yaxşı baxır, gündə 2-3 dəfə iynə vururlar. Sənət üçün də darıxıram. Hansı yaradıcı adam sənət üçün darıxmır ki? Mən də onların içində.. Çox darıxıram. Mən heç vaxt deməmişəm ki, etdiyimi etmişəm. Xeyr, təki Allah sağlıq versin, yenə nələrsə edim”.

Bunu Moderator.az-a özəl açıqlamasında Xalq artisti, görkəmli televiziya və kinorejissor Vasif Babayev deyib.

O daha sonra televiziyaların müasirləşməsini təqdirəlayiq hal hesab edib:

“Azərbaycan televiziyası deyəndə ana televiziyamız AZTV göz önümə gəlir. Bu kanal da artıq müasirləşir. Həmişə kənardan yanğı ilə izləyirəm. Qurban olum AZTV-yə! Axı bizim ana kanalımızdır. Bu kanal nəinki Azərbaycan, bütün dünya üçün bir nömrədir. Son vaxtlar həm də CBC kanalını izləyirəm. Mövzuların həlli ilə, aparıcıları ilə, siyasi şərhçiləri ilə bu kanal mənə daha yaxındır” deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər