Dünyanın gələcək təhlükəsizlik arxitekturası Bakıda formalaşır
1702
25 Sep 2026 | 19:51

Dünyanın gələcək təhlükəsizlik arxitekturası Bakıda formalaşır

IV Bakı Təhlükəsizlik Forumu bu həqiqətin isbatıdır

Təhlükəsizlik faktorunun müasir dünyamızda öz dəyərini sürətlə atırdığı, onun təmininin getdikcə daha çətin və mürəkkəb hal aldığı hər kəsə məlumdur. Ənənəvi münaqişə və müharibə kimi amillərlə yanaşı, süni intellekt və digər texnologiyaların sürətli tərəqqisinin doğurduğu yeni risklər təhlükəsizliklə bağlı qayğıları artırmaqda, köhnə qayğılara yenilərini əlavə etməkdədir. Məhz bu səbəbdən mövcud vəziyyət xüsusi xidmət orqanlarının əməkdaşlığını hər zamankından daha vacib və zəruri edir ki, IV Bakı Təhlükəsizlik Forumu bu reallığı bir daha üzə çıxarmış oldu.

IV Bakı Təhlükəsizlik Forumunda dünyamızın gələcək təhlükəssizlik arxitekturası ilə bağlı bir-birindən maraqlı çıxışlar səsləndi, təkliflər irəli sürüldü. Bu mənada Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin çıxışı xüsusilə əhəmiyyətlidir.

Ənənəvi Forumun əsasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qoyulduğunu bildirən DTX rəisi, təhlükəsizliklə bağlı artan təhdidlərə adekvat cavab vermk üçün xüsusi xidmət orqanları arasında etibarlı əməkdaşlığın zəruri olduğunu vurğuladı. DTX rəisi çıxışında təhlükəsizlik anlayışının artıq sərhəd məfhumu ilə məhdudlaşmadığını, mövcud münaqişələrin dünyadakı regonal proseslərə, ərzaq və enerji təhlükəsizliyinə təsir göstərdiyini vurğuladı. Ümumilikdə, IV Bakı Təhlükəsizlik Forumu sübut etdi ki, terrorla mübarizə bir dövlətin işi deyil və bunun üçün bütün dövlətlərin səmimi əməkdaşlığı, terrorizmə qarşı mübarizədə qətiyyət və həmrəylk sərgiləməsi şərtdir.

IV Bakı Təhlükəsizlik Forumu və Forum zamanı səslənən fikirlər dünyanın gələcək təhlükəsizlik arxitekturasının Bakıda formalaşdığını göstərdi. Forum dövlətlər arasında etimadsızlığın zəiflədiyi bir zamanda xüsusi xidmət orqanları arasında əməkdaşlığın güclənməsinin ikiqat önəm kəsb etdiyini ortaya qoydu. IV Bakı Təhlükəsizlik Forumu sübut etdi ki, beynəlxalq həmrəylik olmadığı təqdirdə terrorizmə qarşı milli dövlətlər səviyyəsində ortaya qoyulan heç bir mübarizə yetərli deyil və bundan sonra da olmayacaq.

Bu mənada, IV Bakı Təhlükəsizlik Forumu həm də Azərbaycan dövlətinin, respublikamızın Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyə, qlobal sülh və təhlükəsziliyə verdiyi mühüm töhfə kimi dəyərləndirilməlidir. Sözügedən Forum bir daha göstərdi ki, Azərbaycan dünyanın hər yerində sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyir və bunun üçün öz səylərini bundan sonra da eyni əzmlə davam etdirəcək.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər