“Antiterror tədbirləri Azərbaycanın regional və qlobal təhlükəsizliyə töhfəsidir”
Ekskluziv
1920
22 Sep 2026 | 18:03

“Antiterror tədbirləri Azərbaycanın regional və qlobal təhlükəsizliyə töhfəsidir”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən eyni vaxtda 5 müxtəlif ölkədə antiterror tədbirlərinin keçirilməsi və 10 nəfərin saxlanılması Azərbnaycanın milli təhlükəsizliklə yanaşı, həm də regional və qlobal təhlükəsizliyə töhfəsidir”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, belə tədbirlər bəzi qüvvələrin ölkəmizə “ixrac etməyə” çalışdığı dini ekstremizm cəhdlərinin qarşısını qətiyyətlə alınması baxımından da mühüm önəm kəsb edir:

“Azərbaycan tolerant və multikultural ölkədir. Burada dinindin, dilindən, etnik kimliyindən asılı olmayaraq, hər kəsin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Ötən dövrlərin təcrübəsi göstərir ki, əksər hallarda Azərbaycana dini esktremizm cəhdlərini xaricdən “ixrac etməyə” çalışırlar. DTX tərəfindən həyata keçirilən bu kimi əməliyyatlar həmin cəhdlərin qarşısını uğurla alır, ölkəmizdə və regionda sabitliyi təmin edir.

Belə bir deyim var: “Terrorçunun milliyyəti, terrorun isə sərhədi olmur”. Azərbaycanın xüsusi xidmət orqanlarının həyata keçirdiyi antiterror tədbirləri ölkə daxilində dincliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, həm də regionda və dünyada təhlükəsizliyə böyük töhfə verir.

Antiterror tədbirləri dövlətimizə öz sabahı, tərəqqisi ilə bağlı plan və proqramları kənaraçıxma haları olmadan icra etməyə, inkişaf yolunda daha uzaq məsafələr qət etməyə imkan verir.

Mən keçirilən son antiterror tədbirləri münasibətilə xüsusi xidmət orqanlarımızı təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər