“Antiterror tədbirləri təhlükəsizliyimizin təmini baxımından həyati əhəmiyyət kəsb edir”
Ekskluziv
2185
19 Sep 2026 | 19:35

“Antiterror tədbirləri təhlükəsizliyimizin təmini baxımından həyati əhəmiyyət kəsb edir”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən eyni vaxtda 5 müxtəlif ölkədə antiterror tədbirlərinin keçirilməsi və bunun nəticəsində 10 nəfərin saxlanılması dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyət kəsb edir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, bu əməliyyat DTX-nın peşəkarlığını nümayiş etdirməklə yanaşı,  ölkəmizə yönəlik təhdidlərin miqyasını da ortaya qoymaqdadır:

“Qürur hissi ilə qeyd etmək lazımdır ki, DTX-nın fərqli ölkələrdə eyni vaxtda bu cür möhtəşəm antiterror tədbirləri həyata keçirməsi hər şeydən öncə adıçəkilən qurumun peşəkarlığına dəlalət edir və alqışlanmalıdır. Bu fakt sübut edir ki, DTX hər zamankı kimi xalqımızın və dövlətiizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda davam edir. Elə bu peşəkarlığın nəticəsidir ki, ölkəmizdə ictimai-dini xadimlərin qətlini planlaşdıran belə bir mütəşəkkil dəstə zamanında de-şifrə olunaraq zərərsizləşdirildi.

DTX-nın həyata keçridiyi bu tədbirlər dövlətimizə yönəlik təhdid və təhlükələrin miqyasını da ortaya qoymuş oldu. Baş verənlər sübut etdi ki, hələ də ölkəmizdə dini zəmində qaşrıdurma yaratmaq, sabitliyi pozmaq, cəmiyyətdə xof və qorxu mühiti formalaşdırmağa çalışan qüvvələr var və onlar öz məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar.

Hesab edirəm ki, indiki həssas vəziyyətdə hər kəs ayıq-sayıqlıq sərgiləməli, Azərbaycanın güc orqanlarına informasiya dəstəyi göstərməli, dövlətimizin təhlükəsizliyinin təmini üçün ciddi həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz bütün təhlükələrin qarşısnı zamanında ala bilər,  özümüzü bu təhlükələrdən etibarlı şəkildə qoruya bilərik”.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər