Eyni vaxtda 5 ölkədə paralel antiterror tədbirlərinin  keçirilməsi DTX-nın peşəkarlığına dəlalət edir
Ekskluziv
2313
18 Sep 2026 | 18:27

Eyni vaxtda 5 ölkədə paralel antiterror tədbirlərinin  keçirilməsi DTX-nın peşəkarlığına dəlalət edir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən

5 ölkədə paralel antiterror tədbirləri keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. Nəticədə cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. (https://moderator.az/az/video/1022788/tecili-dtx-5-lkede-antiterror-tedbirleri-heyata-kecirdi-10-nefer-saxlanildi-video/ )

Planlaşdırma mərhələsində qarşısı alınan cinayət: DTX terrorçuları məyus etməkdə davam edir!

DTX-nın həyata keçirdiyi son əməliyyatla bağlı ictimaiyyətə təqdim edilən məlumatlar sözügedən cinayətin qarşısının elə planlaşdırma mərhələsində alındığını göstərir. Hansı ki, bu amil DTX-nın yüksək peşəkarlığından, onun təhdid və təhlükələri öncədən sezmək və bu istiqamətdə çevik addımlar atmaq bacarığından xəbər verir. Məhz bu peşəkarlığın nəticəsidir ki, DTX həm ölkə daxilində, həm də respulikamızın hüdudlarından kənarda fəaliyyət göstərən cinayətkar dəstənin üzvlərini elə ilkin mərhələdə təsbit edərək paralel şəkildə nəzarətdə saxlayıb, onların tam şəkildə de-şifrə edilməsini təmin edib.

Bu fakt bir daha sübut edir ki, DTX hər zamankı kimi terrorçuları məyus etməkdə davam edir, dövlətin və xalqın təhlükəsizliyinə böyük töhfələr verir.

5 fərqli ölkədə eyni zamanda həyata keçirilən antiterror tədbiri: Film mövzusu ola biləcək  əməliyyat!

Məlum əməliyyatda diqqət çəkən əsas məqamlardan biri də əməliyyatın eyni vaxtda 5 ölkədə aparılması gerçəyidir. Əməliyyatın məhz bu miqyasda aparılması böyük güc, enerji, dəqiqlik və yüksək koordinasiya bacarığı tələb edir ki, DTX məlum əməliyyatı ilə bütün bu tələblərə artıqlaması ilə cavab verdiyini sübut etdi.

DTX-nın öz möhtəşəmlyi ilə film mövzusu ola biləcək sonuncu əməlyyatı sübut etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda belə ən mürəkkəb əməliyyatların öhdəsindən uğurla gəlməyə qadirdir. Bu isə o deməkdir ki, Azərbaycana qarşı məkirli niyyəti olan, ölkəmizlə bağlı bədxah addım atmaq istəyən kəslər kimliyindən və harada yaşamalarından asılı olmayaraq amanda deyillər və gələcəkdə də olmayacaqlar!

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər