“Bu, Silahlı Qüvvələrimizin humanizminin və peşəkarlığının göstəricisidir”
Ekskluziv
1912
16 Sep 2026 | 19:13

“Bu, Silahlı Qüvvələrimizin humanizminin və peşəkarlığının göstəricisidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Qəbul zamanı işğal dönəmində Ermənistanın xalqımıza qarşı törətdiyi vəhşiliklərə diqqət çəkən dövlət başçısı, bütün bunlara rəğmən 44 günlük Vətən müharibəsində Azərbaycanın yalnız hərbi obyektləri hədəf aldığını bildirib:

“Onu da bildirməliyəm ki, bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq”.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində düşmənin yalnız və yalnız hərbi obyektlərini atəşə tutmasını ordumuzun humanizmi və peşəkarlığı ilə əlaqələndirib:

“Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində düşmənin yalnız hərbi obyektlərini hədəf alması xalqımızın humanizmindən qaynaqlanan bir məsələdir. Bu, həm də ordumuzun malik olduğu yüksək hərbi mədəniyyətdən, beynəlxalq qanunlara olan hörmət və ehtiramından xəbər verir.

Eyni zamanda, düşmənin yalnız hərbçilərinin, hərbi obyektlərinin hədəfə alınması, həm də ordumuzun peşəkarklığının göstəricisidir. Bu fakt sübut edir ki, Azərbaycan heç bir hədəfə təsadüfi, yaxud xaotik atəş açmayıb. Bütün hədəfləri müəyyən edərək dəqiq atəşlə məhv edib. Bu, Müzəffər Ali Baş Komandn İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin qüdrətinin göstəricisidir və tarixdə də məhz belə qalacaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər