Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.Adıçəkilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan edilib. Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.
Adıçəkilən şəxslərin DTX tərəfindən saxlanılması və barələrində həbs qətimkan tədbirinin seçilməsi olduqca ciddi mətləblərdən xəbər verən önəmli bir hadisədir. Bu, DTX-nın qanun pozuntusuna olan çevik və adekvat münasibəti ilə yanaşı, həm də onun milli-mənəvi və mədəni dəyərlərə olan həssaslığını nümayiş etdirir.
Heç kimə sirr deyil ki, Azərbvaycan bütün dünyada tolerant və multikultural dəyərlərin əsas daşıyıcısı kimi tanınır. Azərbaycan dövlətində əsrlər boyu müxtəlif dini-mədəni dəyərlərə malik millətlərin nümayəndələri yaşayıb ki, onların arasında heç vaxt dini-mədəni zəmində hər hansı qarşıdurma və gərginlik yaşanmayıb. Əksinə, fərqli mədəniyyət və dini baxışlar Azərbaycan cəmiyyətinə özünəməxsus rəngarənglik qazandırıb, onlar arasındakı birlik və harmoniya hər kəsin özünü güvən və təhlükəsizlik şəraitində hiss etməsini şərtləndirib.
Fərqli dini-mədəni dəyərlər malik şəxslər vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib ki, bu da dövlət və xalq olaraq uğurlarımızı təmin edib. 44 günlük Vətən müharibəsi bunun ən bariz nümunəsi hesab edilə bilər. Vətən müharibəsi zamanı fərqli etnik kimliyə, dini-mədəni dəyərlərə malik vətəndaşlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çiyin-çiyinə döyüşərək erməni faşizminin darmadağın edilməsini təmin etdi. Bu mənada 8 Noyabr zəfəri Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, həm də xalqımızın tolerat və multikultural dəyərlərinin təntənəsi hesab edilə bilər.
Bütün bunların fonunda Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham edilərək saxlanılması və həbs edilməsi cəmiyyətimizdəki tolerant və muktikultural dəyərlərin qorunub saxlanılması istqiamətində atılan mühüm addım hesab edilə bilər. Bu fakt göstərir ki, DTX təhlükəsizliyimizlə yanaşı, həm də mənəvi və mədəni birliyimizin keşiyindədir və belə bir birlik bizim üçün həyati əhəmiyyət kəsb edir.
Unutmaq olmaz ki, Azərbaycan xalqının gücü onun milli-mənəvi dəyərlərinə bağlılığında, tolerant və multikultural dəyərlərə olan tarixi ehtiramındadır. Bu dəyərlərdən üz döndərmək, etnik, dini, mədəni müstəvidə qarşıdurma və gərginlik yaratmaq qanuna qarşı gəlməklə yanaşı, həm də xalqımızın tarixi adət-ənənəsinə, minilliklər ərzində formalaşmış mənəvi-mədən dəyərlər sisteminə xəyanət deməkdir. Bu isə həm qanuni, həm də mənəvi baxımdan yolverilməzdir.
Seymur ƏLİYEV