“Diplomatlarımızın Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən filmlərə ehtiyac var”
Ekskluziv
1778
08 Sep 2026 | 19:13

“Diplomatlarımızın Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən filmlərə ehtiyac var”

Məlum olduğu kimi, 1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası baş tutacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib.

Maraqlıdır, Silahlı Qüvvələrimizin qəhrəmanlığı ilə yanaşı, diplomatlarımızın da 44 günlük Vətən müharibəsindəki fədakarlığını əks etdirən filmlər hazırlamalıyıqmı? Bu cür filmlərin ərsəyə gətirilməsi nə dərəcədə məqsədəyğun və faydalı olar?

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov belə filmlərin çəkilməsinə çox böyük ehtiyac olduğunu bildirib:

“Heç kəsin xidməti kölgədə qalmamalıdır. Cənab Prezidentimiz və onun komandası həmin dövrdə media və diplomatiya müstəvisində sözün həqiqi mənasıdna əsl fədakarlıq ortaya qoydu.

Vətən müharibəsi zamanı müharibə cəbhə ilə yanaşı, həm də ideoloji sahədə, media və diplomatiya müstəvisində gedirdi. Həmin vaxt Azərbaycanın haqlı mübarizəsinə qarşı beynəlxalq miqyasda ciddi təzyiqlər və təhdidlər var idi. Cənab Prezidentimiz bütün bu hücumların qarşısında dəyanət, cəsarət və müdrikliklə dayandı. Bütün dezinformasiyaların cavabı yüksək səviyyədə verildi. Bu məsələdə cənab Prezidentimizin komandasında olan şəxslər – XİN rəhbəri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digərləri böyük əzm və qətiyyət nümayiş etdirdilər. Onların hər birinin fəaliyyəti danılmaz, unudulmaz və qiymətlidir. Hesab edirəm ki, bütün bu fəaliyyətin filmlərdə, əsərlərdə öz əksini tapması olduqca arzuedilən və faydalı olardı”.

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər