Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib - VƏZİYYƏTİ AĞIRDIR + ÖZƏL
Ekskluziv
2982
08 Sep 2026 | 14:02

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib - VƏZİYYƏTİ AĞIRDIR + ÖZƏL

Moderator.az-a daxil olan məlumata görə Xalq artisti, tanınmış müğənni Zaur Rzayev iki gün öncə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Sənətkara ürək və böyrək çatışmazlığı diaqnozu qoyulub. Təcili müalicələrə başlayan müğənninin səhhətində hələ ki, bir irəliləyiş yoxdur. Xəbəri sənətkarın yaxınları da saytımıza təsdiqləyiblər.
 
Qeyd edək ki, sənətkar ötən il səhhətində kəskin ağırlaşma olduğundan Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilmiş və müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər