QDF-nin “Ölümcül Miras”la bəşəriyyətə verdiyi həyati töhfə...
Ekskluziv
1482
03 Sep 2026 | 20:15

QDF-nin “Ölümcül Miras”la bəşəriyyətə verdiyi həyati töhfə...

Xəbər verdiyimiz kimi, 2 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə Beach House Pictures” şirkəti tərəfindən çəkilən “Ölümcül Miras” sənədli filminin qapalı nümayişi keçirilib.

QDF-dən verilən məlumata görə, təqdimat ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz məskunlaşma məqsədilə qabaqcıl təcrübə standartlarının müəyyən edilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri

şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İnsan həyatı hər zaman hər yerdə müqəddəsdir!

“Ölümcül Miras” sənədli filmi özündə ehtiva etdiyi fakt və həqiqətlər, ideya və çağırışlarla mühüm əhəmiyyət kəsb edir. Filmi təkrarsız edən bir neçə məqam var ki, bunlardan biri Prezident İlham Əliyevin mina terropruna qarşı mübarizə və bu mübarizədə beynəlxalq həmrəyliyin vacibliyi fikrinin parlaq şəkildə əks olunmasıdır. Hansı ki, Azərbaycan Prezidenti mina terroruna qarşı mübarizə ilə bağlı fikirlərində insan haqları və beynəlxalq hüquqla bağlı mühüm həqiqətlər, həyati çağırışlar yer alır. Film onu izləyən hər kəsə insan həyatınn hər zaman hər yerdə, istənilən situsiyda müqəddəs olduğunu, bu müqəddəsliyi pozmağa heç kəsin haqqı olmadığı fikrini təlqin edir.

Filmin önəmini artıran digər bir məqam “Ölümcül Miras”ın bilavasitə insna həyatı - təhlükəsizlik problemi ilə bağlı olmasıdır. Film və onun daşıdığı ideyalar mina terrorunun sadəcə bu terrora qurban gedən şəxslərin deyil, həm də onların yaxınlarının həyatında silinməz izlər qoyduğunu, öz ardınca kədərli hekayələr, yarımçıq həyatlar, iztirabla damğalanan talelər buraxdığı göstərir.

İnsan hər yerdə insan, ölüm hər yerdə ölümdür!

“Ölümcül Miras”sənədli filminin əhəmiyyətini artıran digər bir reallıq isə filmin ideya və tərtibat baxımından yalnız Azərbaycan ictimaiyyətinə deyil, dünya ictimaiyyətinə hesablanması, milli həqiqətlərlə yanaşı, həm də bəşəri həqiqətləri ehtiva etməsidir. Çəkilişləri Azərbaycanla yanaşı, digər ölkələrdə - Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılması, filmdə beynəlxalq ekspert və mütəxəssislərin fikirlərinin yer alması bu həqiqətin ən böyük isbatıdır. Filmə tamaşan edən hər kəs “insna hər yerdə insan, ölüm hər yerdə ölümdür” həqiqəti ilə üz-üzə qalır, bu gerçəkliyi bütün ruhu ilə hiss edir.

Bütün bunlar bir daha sübut edir ki, QDF-nin sifarişi əsasında hazırlanan “Ölümcül Miras” sənədli filmi mina terrorundan əziyyət çəkən, ötən dövrlərlə müqayisədə təhlükəsizlik problemləri ilə daha sıx qarşılaşan bəşəriyyətə həyati töhfədir.

Qeyd edək ki, filmin nümayişindən sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev film haqqında təəssüratlarını bölüşüb, yaradıcı kollektivə təşəkkürünü bildirib.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər