Azərbaycanın erməni faşizmi üzərindəki qələbəsi beynəlxalq təhlükəsizliyə töhfə verməkdə davam edir
Ekskluziv
1352
06 Aug 2026 | 15:46

Azərbaycanın erməni faşizmi üzərindəki qələbəsi beynəlxalq təhlükəsizliyə töhfə verməkdə davam edir

Ölkəmizdə 3 il öncə həbs edilən şəxs beynəlxalq miqyaslı cinayətkar çıxdı

2023-cü ilin 27 sentyabr tarixində Azərbaycanda saxlanılan Ruben Vardanyan və onun törətdiyi cinayətlərlə bağlı beynəlxalq miqyasda yeni iddialar meydana çıxmaqda davam edir. Bugünlərdə türk əsilli amerikalı mühəndis, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalının livan əsilli amerikalı yazıçısı Nassim Nikolas Talebə ünvanladığı açıq məktub buna nümunədir. Məktubda Ruben Vardanyanın beynəlxalq səviyyyəli cinayətkar olduğunu vurğulayan  dünya şöhrətli mühəndis, onun "xeyriyyəçi" və "humanitar fəaliyyət göstərən iş adamı" obrazı altında transmilli cinayətkar şəbəkənin üzvü kimi çirkli pulların yuyulmasında iştirak etdiyini bildirib.

Bütövlükdə, son aylar Vardaynla bağlı beynəlxalq media və məhkəmələrdə ortaya çıxan faktlar onun “Troika Laundromat” layihəsi, “Digimarket” işi və oxşar əməliyyatlar zamanı milyonlarla dollar məbləğində pulu fırıldaq yolu ilə mənimsədiyi, vergi cinayətləri də daxil olmaqla çoxsaylı cinayətlərə imza atdığını göstərir.

Xatırladaq ki, vaxtiylə Azərbaycan ərazisində separatizmə açıq dəstək göstərən Ruben Vardanyan, qanunsuz maliyyə şəbəkələri və oğurluq pullar vasitəsilə qondarma rejimin maliyyə dayaqlarının möhkəmlənməsinə çalışıb, separatçı rejimin rəhbərliyində təmsil olunub. Elə buna görə də Ruben Vardanyan terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətinin təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşu əleyhinə yönəlmiş əməllər də daxil olmaqla bir sıra ağır cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, 3 il öncə saxlanılan Ruben Vardanyanın beynəlxalq miqyaslı cinayətkar olması ilə bağlı bir çox faktlar məhz son bir ildə ortaya çıxıb. Məlum olub ki, Azərbaycana qarşı ağır cinayətlər törədən bu şxəs, həm də beynəlxalq səviyyəli cinayətkardır.

Vardanyanın transmilli cinayətkar şəbəkənin üzvü olması ilə bağlı Avropa və ABŞ mediasında yer alan araşdırmalar, onun bütün dünya üçün ciddi təhlükə mənbəyi olduğunu isbatlamaqdadır. Ruben Vardanyanın məhz lokal anti-terror əməliyyatından sonra həbs edildiyini nəzərə alsaq, qürur və əminliklə demək olar ki, Azərbaycanın erməni faşizmi üzərindəki qələbəsi beynəlxalq təhlükəsizliyə bu gün də töhfə verməkdə davam edir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər