Avropanın ən güclü kəşfiyyat qurumu
Ekskluziv
2582
06 Aug 2026 | 09:19

Avropanın ən güclü kəşfiyyat qurumu "Mİ-6"-dır, Ukrayna qurumları IV yerdə...- Rusiya "FSB"və "QRU"nun adı da yoxdur...

Ekspertlər Avropanın ən yaxşı kəşfiyyat xidmətlərinin reytinqini hazırlayıb: birinci yerdə Britaniyanın "MI6"-sı, dördüncü yerdə Ukraynanın UTX və  BKİ-si qərarlaşıb
 
Moderator.az “Meduza”ya istinadla xəbər verir ki, Fransanın “L’Express” jurnalı 25 Qərb xüsusi xidmət orqanının 60 keçmiş və hazırkı rəhbəri, eləcə də yüksək vəzifəli məmurları arasında keçirilən sorğunun nəticələrinə əsasən Avropanın ən yaxşı kəşfiyyat xidmətlərinin reytinqini hazırlayıb.
 
Reytinqdə birinci yeri Böyük Britaniyanın "MI6" kəşfiyyat xidməti tutub.
 
"MI6" 251 bal toplayaraq yüksək qiymətləndirilib. Ekspertlər Britaniya kəşfiyyatının Rusiya, Çin, İran və Türkiyənin hakim elitalarına nüfuz etmək, eləcə də yüksək vəzifəli məlumat mənbələri cəlb etmək bacarığını xüsusi qeyd ediblər.
 
İkinci pillədə 169 balla Fransanın Xarici Təhlükəsizlik üzrə Baş İdarəsi ("DGSE") qərarlaşıb. “The Times” yazır ki, bu xidmət qlobal əhatə dairəsi və yüksək əməliyyat imkanlarına görə fərqlənib.
 
Reytinqdə üçüncü yeri Niderlandın kəşfiyyat xidməti tutub.
 
Dördüncü pillədə isə 77 balla Ukraynanın kəşfiyyat qurumları — Baş Kəşfiyyat İdarəsi (BKİ-"GUR") və Ukrayna Təhlükəsizlik Xidməti (UTX-"SBU") yer alıb.
 
Ekspertlər Ukrayna xüsusi xidmət orqanlarının yaradıcılığını və həyata keçirdikləri əməliyyatların mürəkkəbliyini vurğulayıblar. Avropa kəşfiyyat xidmətlərindən birinin əməkdaşı Ukrayna xüsusi xidmətlərinin yüksək səviyyəli fəaliyyətinə nümunə kimi “Pautina” əməliyyatını və Rusiya generallarının öldürülməsini göstərib. Hansı generalların nəzərdə tutulduğu açıqlanmayıb.
 
Reytinqin ilk beşliyini Almaniyanın kəşfiyyat xidməti tamamlayıb.
 
Siyahıda ən aşağı qiyməti Slovakiyanın kəşfiyyat xidməti alıb.
 
Rusiya xüsusi xidmət orqanları isə reytinqə daxil edilməyib.
 
S.Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər