İlham Əliyevin bu addımı İsraillə türk dünyası arasında gərginliyə sədd çəkdi...
Ekskluziv
1911
05 Aug 2026 | 13:03

İlham Əliyevin bu addımı İsraillə türk dünyası arasında gərginliyə sədd çəkdi...

Bir müddət bundan öncə qondarma erməni “qoyqırımı”nı tanıyan İsrail hökumətinin bu məsələni  parlamentdə müzakirəyə çıxaracağı gözlənilsə də, bu baş vermədi. İsrail hökuməti son anda geri addım atdı və bununla da prosesin başa çatdırılması əngəlləndi.

Bugünlərdə “Haber Global”a açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. Hikmət Hacıyev qeyd edib ki, İsrail hökumətinin geri addım atmasına səbəb məhz Prezident İlham Əliyevin prosesə müdaxiləsi olub:

“Bu məsələ ortaya çıxan kimi cənab Prezidentin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başladı. İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”.

Hikmət Hacıyevin açıqlamasından məlum olduğu kimi, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq cəhdinin qarşısı məhz Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan diplomatiyası tərəfindən alınıb. Azərbaycan Prezidentinin proseslərə müdaxiləsi İsraili geri addım atmağa vadar edib.

Prezident İlham Əliyevin bu addımı erməni yalanının ayaq açıb yeriməsini önləməklə yanaşı, həm türk dünyasının, həm də Azərbaycanla hər zaman xoş münasibvətlərə malik olan İsrailin maraqlarını təmin edib.  

Aydındır ki, ermənilərin 1915-ci il olaylarını “soyqırım” kimi tanıtmaq cəhdi tarixi həqiqəti inkar etmək, bəşəriyəti aldfatmaq cəhdindən başqa bir şey deyil. Çünki nə göstərilən dönəmdə, nə də digər zamanlarda ermənilərə qarşı hər hansı soyqırımı, yaxud buna bənzər addım atılmayıb. Belə olan halda İsrailin olmayan “erməni soyqırımı”nı tanıması tarixi ədalətə zərbə olmaqla yanaşı, İsrail xalqının aldadılması demək olardı.

İkincisi, bu da məlumdur ki, qondarma “erməni soyqırımı”nın tanınması yalnız Türkiyənin deyil, Azərbaycan da daxil olmaqla, bütün türk dünyasının maraqlarına ziddir.  Odur ki, İlham Əliyevin proseslərə müdaxiləsi türk dünyasının beynəlxalq müstəvidəki imicinin qorunması, onun növbəti dəfə erməni yalanlarına qalib gəlməsi baxımından da mühüm hadisə oldu.

Üçüncüsü, Prezident İlham Əliyevin İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq cəhdini əngəlləməsi, İsrailin özünün də stratreji maraqlarının qorinmasını təmin etdi. Çünki İsrail qondarma “erməni soyqırımı”nı tanıyacağı təqdirdə bu, onun sadəcə Türkiyə ilə deyil, bütün türk dünyası ilə münasibətlərinə ciddi zərbə vuracaqdı ki, bu da rəsmi Təl-Əviv və İsrail xalqının da maraqları ilə ziddiyyət təşkil edəcəkdi.  

Bir sözlə, Azərbaycan Prezidenti bir müdrik addımı ilə tarixi ədalətin qorunmasını təmin etməklə yanaşı, qardaş türk dövlətləri və dost İsrailin maraqlarını da qorumuş oldu. İlham Əliyevin  bu addımı İsraillə türk dövlətləri arasındakı qaçılmaz gərginliyə sədd çəkdi. Azərbaycanın dövlət başçısı bununla bir daha təsdiq etdi ki, o, hər zaman, hər situasiyada ədalət və sülhün tərəfindədir və bundan sonra da belə olacaq!

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər