Köçəryanın lideri olduğu blokdan olan deputatlar parlament iclasında iştirak etmədi...- Karapetyanın bloku isə...  
Ekskluziv
1986
03 Aug 2026 | 10:30

Köçəryanın lideri olduğu blokdan olan deputatlar parlament iclasında iştirak etmədi...- Karapetyanın bloku isə...  

Terrorçu eks-prezident  Xocalı və 1 Mart canisi Robert Köşəryanın lideri olduğu müxalifətdəki revanşist və rusiyapərəst "Hayastan"("Ermənistan") siyasi bloklunun son 7 iyun seçkilərinin nəticələrinə əsasən parlamentdə yer tutmuş fraksiyası yeni seçilmiş Milli Assambleyanın 3 avqustda keçirilən iclasında iştirak etməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
 
Məlumata görə, sessiya hakim "Vətəndaş Sazişi" fraksiyası və Putinin milyarder desantı Samvel Karapetyanın lideri olduğu  "Güclü Ermənistan" adlı digər revanşist və rusiyapərəst müxalifət blokunun deputatlarının iştirakı ilə keçirilir.
 
Xatırladaq ki,  bizimmedia.az-ın yaydığı məlumata görə,  Ermənistan parlamentinin 7 iyun 2026-cı il seçkilərindən sonra formalaşan dünən avqustun 2-də keçirilmiş ilk toplantısında "Hayastan"  bloku iclas başa çatmamış parlament zalını tərk edib.  Bu səbəbdən də spiker seçkisi  növbəti günə təxirə salınıb. Bu posta yeganə namizəd hakim "Vətəndaş Sazişi" Partiyasının irəli sürdüyü Ruben Rubinyandır.

Gərgin keçən iclas zamanı hakim "Vətəndaş Sazişi" partiyası ilə iki müxalif siyasi qüvvənin deputatları arasında uzun sürən qarşılıqlı ittihamlar səsləndirilib. Məhz bundan sonra "Hayastan" blokunun deputatları iclas başa çatmadan zalı tərk ediblər.

S.Laçın

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər