Texniki Universitet vuruldu...-Bu şəhərdə...-SƏBƏB?- FOTO+VİDEO
Ekskluziv
2539
03 Aug 2026 | 07:17

Texniki Universitet vuruldu...-Bu şəhərdə...-SƏBƏB?- FOTO+VİDEO

Rusiyanın Belqorod şəhərində növbəti dəfə partlayışlar və yanğınlar qeydə alınıb. İlkin məlumatlara görə, dronların budəfəki hədəfi elə dron istehsalı ilə məşğul olan yerli universitet olub. ​​Bir neçə kanal yerli Belqorod Dövlət Texniki Universitetinin (BDTU) dronların hədəfinə çevrilə biləcəyini bildirir.
Moderator.az xəbər verir ki, "Fokus" nəşri bu barədə "Exilenova+" layihəsinə istinadal məlumat yayıb.
 
Bu yer "osinter"çilər tərəfindən Rusiya hərbi maşınının lokasiya məkanlarından biri kimi tanınır. Yerli və monitorinq kanallarına görə, məhz burada PUA-lar yığılıb sınaqdan keçirilib.
Yerli "Pepel" nəşri hücumun hədəfinin Şuxov adına BDTU olduğunu təsdiqləyir. Hadisə yerində dağıntılar və yanğınlar görünür, lakin hələlik itkilər barədə məlumat yoxdur.
 
Rusiyanın "Astra" portalı BDTU-nun yerli istehsal olan "Milandr" mikroprosessoruna əsaslanan avtomatlaşdırılmış PUA idarəetmə sistemi hazırladığını bildirir. Lakin universitet qeyd edib ki, bu inkişaf mülki tətbiqlərə malikdir və elektrik xətlərinin, istilik magistrallarının monitorinqi və hava fotoqrafiyası üçün nəzərdə tutulub.
"2026-cı ilin yayında BDTU məktəblilərin dronların hazırlanması üzrə yay təliminə cəlb olunduğunu elan edib", - deyə layihə mətnində bildirilir.
 
"Fokus" bundan əvvəl rusların Belqorod şəhərinə hücumla bağlı şikayətləri barədə məlumat vermişdi. Yerli sakinlər şəhərə raket zərbələri endirilməsindən və partlayışlardan sonra elektrik və suyun olmamasından şikayətləniblər.
 
Daha sonra Belqoroddakı yerli "FSB" binasına hücum edildiyi məlum olub. Monitorinq kanalları Rusiyanın Belqorod şəhərinin mərkəzində qatı tüstü gpründüyünü bildirib. 
 

S.Laçın

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər