Dahilər ölümlərindən sonra da xalqları birləşdirməkdə, insanlığa faydalı olmaqda davam edirlər...
Ekskluziv
1972
02 Aug 2026 | 12:50

Dahilər ölümlərindən sonra da xalqları birləşdirməkdə, insanlığa faydalı olmaqda davam edirlər...

Prezident İlham Əliyevin bəyanatında yer alan Çingiz Aytmayov nümunəsi bu həqiqətin ən böyük isbatıdır

Prezident İlham Əliyevin Qırğızıstan səfəri və səfər əsnasında imzalanan sənədlər, əldə edilən razılaşmalar yalnız iki ölkə arasında deyil, bütün türk dünyasında inteqrasiya prosesinin sürətlənməsi, xalqların ortaq dəyərlər ətrafında birləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ortaq tarix, mədəniyyət, soykökü, din və s. kimi amillər bu birliyi sitimullaşdırmaqda, dövlətlərin siyasi rəhbərliyinin səyləri bu həmrəyliyi yeni bir mərhələyə daşımaqdadır.

Xalqların yaxınlaşmağında, onların ali dəyərlər ətrafında birləşməyində, bəşəri ideyalar zəminində bir araya gəlməyində böyük elm və mədəniyyət xadimlərinin, sənət adamlarının, şair və yazıçıların da rolu böyükdür. Bu rol o qədər böyükdür ki, hətta bəzi dahilər, mütəfəkkirlər ölümlərindən sonra da bu missiyanı davam etdirir, insanlığa böyük faydalar verirlər. Bu cür böyük şəxsiyyətlərdən biri də məhur qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovdur.

Çingiz Aytmatovun Qırğızıstan və Azərbaycan, eləcə də digər türk xalqları arasında birlik və həmrəyliyə necə, hansı miqyasda fayda verdiyini daha dərindən anlamaq üçün Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstanda qardaş ölkə prezidenti ilə birlikdə səsləndirdiyi bəyanata nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev məlum bəyanatında deyir:

“Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir”. (https://president.az/az/articles/view/73164 )

Prezident İlham Əliyevin bəyanatından da göründüyü kimi, böyük şəxsiyyətlər xalqlar arasında ən qırılmaz körpüdür. Onlar xalqları yüksək dəyərlər, ali ideyalar ətrafında birləşdirir, qarşıqlıqlı hörmət və ehtiram mühitinin formalaşmasında mühüm rol oynayırlar. Məhz buna görə də böyük şəxsiyyətlər, gerçək dahilər konkret bir xalqın deyil, bütün bəşəriyyətin təmsilçisi hesab edilir.  Bu nəhəng şəxsiyyətlər öz zəngin yaradıcılıqları, təbliğ etdikləri amallarlarla sübut edirlər ki, onlar konkret bir xalqa mənsub olmaqla yanaşı, həm də bütün insanlığa mənsubdurlar. Prezident İlham Əliyevin bəyanatında yer alan Çingiz Aytmatov nümunəsi bunun ən böyük isbatıdır. Və bu nümunə onu deməyə əsas verir ki, türk dünyasının bəşəriyyətə bəxş etdiyi çoxsaylı dahilərin hər biri gələcəkdə də türk xalqlarının birliyinə töhfə verməkdə davam edəcək, bu həmrəyliyin əsas sütunlarından biri olacaqlar.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər