"Hərbçinin hospitalda vəfat etməsi faktını ictimaiyyətdən tamamilə və daimi olaraq gizlətmək hüquqi cəhətdən mümkünsüzdür. Lakin aşağıdakı amillərdən asılı olaraq həmin məlumat ictimaiyyətə gec açıqlana bilər..."
"Tramp rejiminin xüsusiyyətlərini nəzərə alaraq, istisna etmirik ki, Pete Hegsetin rəhbərlik etdiyi ABŞ Müharibə Nazirliyi muzdlunun həlak olması barədə məlumatı müəyyən müddət ərzində müvafiq bəhanə ilə gizli saxlaya bilər..."
Haşiyə:
Yazımızın davamında bu 6 kateqoriyanın hər biri üzrə ABŞ-nin ehtimal olunan itki sayı təqdim ediləcək.
İndi isə keçək ikinci suala… ABŞ hökuməti və Pentaqon ictimai rəyi idarə etmək, siyasi təzyiqlərdən yayınmaq və ya əməliyyatın təhlükəsizliyini qorumaq məqsədilə hərbi itkilərin azaldılması, rəqəmlərin dəyişdirilməsi, bu barədə məlumatların gecikdirilməsi kimi hallara görə dəfələrlə ittiham olunub.
Misal 1.
2020-ci il yanvar ayının 8-də ABŞ-nin İraqdakı Ayn əl-Əsəd aviabazasına İranın endirdiyi raket zərbələrindən sonra prezident Donald Tramp belə bir açıqlama verdi: "Heç bir amerikalı yaralanmayıb". Lakin sonrakı həftələrdə bəlli oldu ki, ABŞ-nin 110-dan çox hərbçisi xəsarət və beyin zədəsi alıb.
Misal 2.
ABŞ hökuməti özünün hərbi itkilər siyahısına adətən yalnız hərbi qulluqçularının adlarını salır. İraq və Əfqanıstan müharibələri zamanı həlak olmuş minlərlə özəl şirkət muzdlusu Pentaqonun rəsmi "həlak olan hərbçilər" siyahısına daxil edilmədiyinə görə ABŞ-nin insan itkilərinin ümumi sayı bu günədək bəlli deyil.
Misal 3.
2026-cı ilin iyul ayında Pentaqonun rəsmi itki izləmə sistemində həlak olan hərbçilərin sayının qəfil 18-dən 14-ə endirilməsi mətbuatın və siyasətçilərin sərt tənqidinə səbəb oldu. Pentaqon bu dəyişikliyi bəzi hərbçilərin guya atəşkəs dövründə həlak olması və ya texniki xəta ilə izah etdi. Tənqidçilər isə həmin hadisəni itkilərin miqyasını gizlətmək cəhdi kimi qiymətləndirdilər. Həmçinin iddia edilir ki, yaralı hərbçilərin ümumi sayı real rəqəmlərdən xeyli aşağı göstərilib…
Nəhayət, sonuncu sualımıza cavab tapmağa çalışaq… Qərblilər İran İslam Cümhuriyyətinin rəsmi strukturlarını və dövlət KİV-ini münaqişə və böhran dövrlərində qarşı tərəfin (xüsusilə ABŞ-nin) canlı qüvvə və hərbi texnika ilə bağlı itkiləri barədə şişirdilmiş rəqəmləri yaymaqda ittiham edirlər.
Haşiyə:
ABŞ-nin hərbi texnika üzrə itkiləri haqqında İranın təqdim etdiyi məlumatlar artıq demək olar ki, təsdiqini tapıb. Ona görə bu məsələnin üzərində dayanmırıq.
Misal:
2020-ci ildə general Qasım Süleymaninin öldürülməsindən sonra İranın rəsmi KİV iddia etdilər ki, İraqdakı ABŞ bazasına endirilmiş raket zərbələri nəticəsində ABŞ-nin 80 hərbçisi həlak olmuş, 200 nəfəri isə yaralanmışdır. Lakin ABŞ hökuməti əvvəlcə bildirdi ki, həmin hücum zamanı ölüm faktı baş verməmiş və heç kim yaralanmamışdır. Bundan bir müddət sonra isə məlum oldu ki, 110 ABŞ hərbçisi xəsarət və beyin zədəsi almışdır...
Beləliklə, konkret bu halda qarşı tərəfin itkiləri barədə İranın təqdim məlumatın üçdə birindən çox hissəsini (110 yaralı) Tramp rejimi təsdiq edib. Məlumatın digər hissələrinin (80 ölü və əlavə 90 yaralı) təsdiqini tapmaması aşağıdakı səbəblərlə izah edilə bilər:
- Obyektiv olaraq İran vurduğu zərbələrin bütün nəticələrini birbaşa təsbit etmək imkanına malik deyildi. İranlılar bunu yalnız ərazidəki mənbələrin məlumatları əsasında və təhlil yolu ilə edə bilərdilər. Sözügedən üsullar isə informasiyanın dəqiqliyini təmin etmir.
- İran dövləti informasiya müharibəsi çərçivəsində məqsədli şəkildə şişirdilmiş məlumatlar təqdim etmişdi. Bu yolla öz əhalisini ruhlandırmaq, ABŞ-də isə sosial gərginlik yaratmaq istəmişdi.
- ABŞ dövləti özünün həqiqi itkilərini gizlədir. Nəzərə alaq ki, Donald Tramp əvvəlcə heç bir hərbçinin yaralanmadığını desə də, sonradan bəlli oldu ki, həmin hücum nəticəsində 110 amerikalı “zədələnib”.
Beləliklə, ABŞ-nin insani itkiləri barədə həqiqəti öyrənmək üçün iki üsula müraciət edə bilərik:
Əvvəlcə ABŞ və İranın 2020-ci il yanvar hadisəsi ilə əlaqədar təqdim etdikləri statistik məlumatların bir-biri ilə müqayisəsini aparırıq. Nəticədən 2026-cı ilin iyun hadisələrinin tədqiqində istifadə edirik.
Sonra körfəzdəki ABŞ qüvvələrinin müvafiq kateqoriyaları üzrə itkilərin təxmini sayını onların yerinə yetirdikləri vəzifələrə və əvvəlki münaqişələrdə verdikləri itkilərə əsasən qiymətləndiririk. Lakin bu zaman nəzərə alırıq ki, ABŞ ordusu İranla müharibədə keçmiş savaşlardan qat-qat artıq atəş təsirinə məruz qalıb. Bu, olduqca vacib amildir.
Beləliklə, ABŞ-nin Yaxın Şərqdəki qüvvələri müvafiq kateqoriyalar üzrə aşağıdakı itkiləri verib:
1. Xüsusi Təyinatlı Qüvvələr…
İntensiv raket-dron atəşləri altında və səhra şəraitində fıaliyyət göstərən xüsusi təyinatlıların gizli qərargahları və əməliyyat bazaları daim hədəf alındığı üçün, bu kateqoriyada itkilərin sayı adi hərbçilərə nisbətən daha yüksək olmalıdır. İyul döyüşləri zamanı xüsusi təyinatlılar arasında ölənlərin sayının minima l 5, maksimal 15 nəfər, yaralananların sayının isə 30-dan çox ola bilər…
2. Xüsusi xidmət orqanıarının əməkdaşları...
İyul ayının əvvəlindən bəri Mərkəzi Kəşfiyyat İdarəsinin və digər kəşfiyyat strukturlarının bölgədəki gizli qərargahları, analitik mərkəzləri və kəşfiyyat məntəqələri İranın raket və dron zərbələrinin hədəfi olub.
İranla müharibədə ABŞ kəşfiyyatının aşağıdakı kateqoriyalardan olan əməkdaşları mütləq iştirak etməlidir:
- Əməliyyat işçiləri və onların informatorları.
- Təhlilçilər.
- Texniki işçilər.
- Məxfi müşahidə əməkdaşları.
- Xüsusi təyinatlı döyüşçülər.
Birbaşa zərbələr və ya gizli əməliyyatlar nəticəsində həlak olan kəşfiyyat əməkdaşlarının sayı minimal 5, maksimal 15 nəfər, yaralananların sayının 15–30 nəfər ola bilər.
Bu itkilər heç bir vaxt Pentaqonun rəsmi hərbi itki siyahılarına daxil edilmir. Həmin şəxslərin ölümü tam məxfi saxlanılır və adətən yalnız uzun müddət keçdikdən sonra Lengli qərargahındakı xatirə divarına əlavə olunan simvolik ulduzlar vasitəsilə ictimaiyyətə və ya rəsmi dairələrə bildirilir.
3. Müqavilə ilə bölgədə xidmət keçən özəl hərbi şirkətlərin muzdluları.
Bu kateqoriya üzrə həlak olanların sayı minimal 20 maksimal 40 nəfər, yaralananların sayı 50–100 nəfər ola bilər.
Özəl hərbi şirkətlər adətən kommersiya sirri və ya müqavilə şərtlərini bəhanə gətirərək, yaxud sifarişçi dövlətin (ABŞ hökumətinin) tələblərini nəzərə alaraq, öz işçilərinin ölümü ilə bağlı məlumatları ictimailəşdirmirlər. Buna görə də belə itkilər adətən bir neçə ay və ya il sonra sığorta ödənişləri, özəl hərbi şirkətlərin daxili açıqlamaları və ya yerli mediadakı sızıntılar vasitəsilə üzə çıxır.
4. ABŞ ordusunda xidmət edən, lakin bu ölkənin vətəndaşlığını hələ almamış hərbçilər.
Pentaqon hərbi qulluqçuların ölüm faktını vətəndaşlıq statusuna görə fərqli statistikaya salaraq gizlətmir. Vətəndaşlıq statusundan asılı olmayaraq şəxs müqaviləli hərbi qulluqçudursa, onun ölümü barədə əvvəlcə ailəsinə, sonra isə ictimaiyyətə məlumat verilir.
ABŞ qanunvericiliyinə əsasən, hərbi xidmət zamanı həlak olmuş əcnəbiyə ölümündən dərhal sonra ABŞ vətəndaşlığı verilir. Buna görə də rəsmi ölüm sənədlərində o, ABŞ vətəndaşı kimi göstərilir.
Bununla yanaşı, Pentaqon aşağıdakı məlumatları gizlədə bilər:
A. Həlak olmuş əcnəbinin etnik mənsubiyyətini və hansı ölkədən olduğunu...
Bu aşağıdakı məqsədlər üçün edilir:
- Daxili siyasi müzakirələrə səbəb olmamaq.
- Həmin şəxsin əslən olduğu ölkə ilə diplomatik və digər gərginlik yaratmamaq.
- Onun xaricdəki qohumlarını təhlükəyə məruz qoymamaq.
B. Muzdlunun həlak olma şəraitini... Bunun səbəbləri aşağıdakılardır:
- Qarşı tərəf ABŞ ordusunun mövqeyinə vurduğu raket-dron zərbəsinin effektli olduğunu bilməməlidir.
ABŞ öz zəif yerlərini büruzə verməməlidir.
- Rəqib özünün əldə etdiyi kəşfiyyat məlumatlarının doğruluğuna inamını itirməlidir.
Beləliklə, mövcud qaydalara əsasən, ABŞ vətəndaşı olmayan hərbçinin ölüm faktını gizlətmək mümkün deyil. Lakin Tramp rejiminin xüsusiyyətlərini nəzərə alaraq, istisna etmirik ki, Pete Hegsetin rəhbərlik etdiyi ABŞ Müharibə Nazirliyi muzdlunun həlak olması barədə məlumatı müəyyən müddət ərzində müvafiq bəhanə ilə gizli saxlaya bilər.
Bu kateqoriyadan olan itki sayına gəlincə, onu ABŞ ordusu üzrə ümumi statistik göstəricidən ayırmaq çətindir. Rəsmi elan olunmuş məlumata görə, həlak olanların sayı 4 nəfər, yaralananların sayı isə 207 nəfərdir.
5. Döyüş vaxtı yaralanmış, bundan bir neçə gün, həftə və ya ay sonra hospitalda vəfat etmiş hərbçilər.
Döyüş zamanı ağır yaralanaraq hərbi tibb müəssisələrinə (hospital və ya evakuasiya məntəqələrinə) təxliyə olunan, lakin sonradan orada vəfat edən hərbçilər hərbi statistika terminologiyasında "Died of Wounds" (DOW — Yaralardan ölən) kateqoriyasına aid edilir.
Bu kateqoriya adətən ümumi itkilərin təxminən 15-25%-ni təşkil edir. Məsələn, rəsmi məlumata görə, iyul döyüşlərində 4 nəfərin həlak olduğunu nəzərə alaraq ehtimal edə bilərik ki, ən azı 1 nəfər də hospitalda ölüb və ya bundan sonra dünyasını dəyişəcək.
Hərbçinin hospitalda vəfat etməsi faktını ictimaiyyətdən tamamilə və daimi olaraq gizlətmək hüquqi cəhətdən mümkünsüzdür. Lakin aşağıdakı amillərdən asılı olaraq həmin məlumat ictimaiyyətə gec açıqlana bilər.
- Pentaqonun qaydalarına əsasən, hərbçi vəfat etdikdən sonra onun ailəsinə rəsmi bildiriş verilməmiş məlumat KİV-lərə açıqlanmamalıdır. Amma ailəyə xəbər verildikdən sonra da həmin məlumatın ictimaiyyətə çatdırılması üçün 24 saatlıq hüquqi gözləmə müddəti tətbiq edilir.
- Hərbçi ağır yaralanıb hospitala (məsələn, Almaniyadakı Landstuhl Regional Tibb Mərkəzinə və ya ABŞ daxilindəki ixtisaslaşmış hərbi xəstəxanalara) yerləşdirildikdə, onun vəziyyəti rəsmi olaraq VSI (Very Seriously Ill — həyatı təhlükədə olan) kimi qeydiyyata alınır. Bu mərhələdə həmin şəxsin xəsarət alması faktı gizli saxlanmasa belə, onun müəyyənedici məlumatları və tibbi proqnozu açıqlanmaya bilər.
-Ailə xahiş etdikdə və ya meyitin identifikasiya prosesi uzandıqda hərbçinin ölüm faktı barədə məlumatın ictimaiyyətə açıqlanması 3-4 həftəyə qədər yubadıla bilər. Nəzərə alınmalıdır ki, İranla müharibədə ABŞ ordusu bütün tarixi boyunca heç bir zaman olmadığı səviyyədə ağır silahların təsirinə məruz qalıb. ABŞ-nin baza və gəmilərində minlərlə dron, ballistik və qanadlı raket partlayıb. Belə hallarda birbaşa zərbə insan bədənini nəinki tanınmaz hala salır, hətta faktiki olaraq yox edir. Məsələn, iyul döyüşləri zamanı həyatını itirmiş ABŞ hərbçisinin cəsədinin hissələri bir neçə gün sonra tapılıb identifikasiya olundu.
6. Orduda çalışan mülki şəxslər - mütəxəssislər, tədqiqatçılar, texniki dəstək işçiləri və ya logistika əməkdaşları.
Bu kateqoriya da hərbçilər kimi risq qrupuna daxildir. ABŞ Müharibə Nazirliyində mülki işçilərin hərbi qulluqçulara say nisbəti təxminən 20%-dir. Beləliklə, iyul döyüşlərində rəsmi informasiyaya əsasən, 4 hərbçinin həlak olduğunu nəzərə alaraq, ehtimal edə bilərik ki, minimal 1, maksimal 2 nəfər də mülki işçi həyatını itirib. Amma bir məsələni də vurğulayaq. Mövcud qaydalara əsasən, Pentaqon özünün aşkar fəaliyyət göstərən mülki işçilərinin ölüm faktını gizlədə bilməz. Lakin mülki şəxsin yüksək riskli gizli fəaliyyət sahəsinə buraxılışı varsa, yazımızın əvvəlində sadalanan şərtlər işə düşür.
Nəticə:
Mövcud materialların təhlili göstərir ki, cari ilin iyul döyüşləri zamanı ABŞ-nin bölgədə istifadə etdiyi qüvvələrdən minimum 42, maksimum l 75 nəfər həlak olub.
Tədqiqatı bir qədər fərqli yolla da aparmaq olar. Belə ki, rəsmi məlumata əsasən, iyul döyüşləri zamanı ABŞ-nin 207 hərbçisi yaralanıb.
Müasir dövrdə zirehli jiletlərin keyfiyyəti, təxliyə helikopterləri və operativ tibbi müdaxilələr sayəsində yaralıların həyatda qalma faizi yüksək səviyyədədir
ABŞ-nin iştirak etdiyi əvvəlki savaşların statistik nisbətlərinə əsasən 207 yaralıya düşən təxmini ölü sayı aşağıdakı kimi hesablanır:
- İraq müharibəsindəki yaralı/ölü nisbəti (~7.3 yaralıya 1 ölü): 207÷7.3≈28.
- Əfqanıstan müharibəsindəki yaralı/ölü nisbəti (~4.5 yaralıya 1 ölü): 207÷4.5≈46.
Ən son texnoloji/səhra standartları (8:1 – 10:1): 207÷8 və ya 10≈20−25
Müasir dövrdə 207 yaralıya təxminən 20–30 ölü düşməlidir. Lakin nəzərə alaq ki, raket və dron zərbələri zamanı yaralanmaların böyük əksəriyyəti partlayış dalğasından qaynaqlanan yüngül kəllə-beyin zədələridir. Bu halda ölüm nisbəti bir qədər də aşağı düşə bilər. Məsələn, mümkündür ki, hər 15–20 yaralanma hadisəsinə 1 ölüm faktı, 207 yaralanmaya 10–15 ölüm faktı baş verib. Onu da vurğulayaıq ki, bu rəqəm yalnız ABŞ ordusunun adi hərbçilərinə aiddir. Halbuki rəsmi məlumata görə, iyul ayında cəmi 4 ABŞ hərbçisi həlak olub.
Nəticə:
“207 yaralıya minimal 10 ölü” rəqəmindən çıxış edərək, ABŞ-nin bölgədə istifadə etdiyi digər kateqoriyaların ehtimal edilən itki statistikasını buna uyğunlaşdırsaq, minimum 105, maksimum 185-187 ölü rəqəmini alarıq…
Müəllif:
tədqiqatçı Araz Şəhrili