Prezident İlham Əliyevin Qırğızıstan səfəri türk dünyasının birliyinə tarixi töhfədir
1881
31 Jul 2026 | 11:20

Prezident İlham Əliyevin Qırğızıstan səfəri türk dünyasının birliyinə tarixi töhfədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  iyulun 31-də Qırğızıstan Respublikasına səfər edib, çoxsaylı görüşlər keçirib. Səfər əsnasında iki dövlət arasında sənədlər paketi imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsini, daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin Qırğızıstan səfərini aktual edən, bu səfərin tarixi əhəmiyyətini artıran digər mühüm amil bu səfərin ümumtürk əhəmiyyəti daşımasıdır.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının yaradılmasından sonra türk dövlətlərinin birliyi istiqamətində daha ciddi və sistemli addımların atıldığı müşahidə edilməkdədir. Bu məsələdə Prezident İlham Əlıiyevin səyləri xüsusilə mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev öz çıxış və müsahibələrində türk dövlətlərinin birliyinin vacibliyini dönə-dönə diqqətə çatdırıb, bu istiqamətdə əməli addımlar atmağın önəmini vurğulayıb. Məhz İlham Əliyevin bilavasitə səyləri nəticəsində türk dövlətlərinin xarici siyasətində bir çox uzlaşmalar müşahidə edilməkdə, iqtisadi-siyasi və hərbi müstəvidə ciddi yaxınlaşmalar reallaşmaqdadır. Bütün bunlar qlobal dünyada baş verən təhdid və qarşıdurmalar fonunda türk dünyasının təhlükəsizliyinin təmini, rifah və inkişafı baxımından həyati əhəmiyyətə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfərinin türk dünyasının birliyinə ciddi töhfə verəcəyi, Qırğızıstanın türk dünyasına daha yaxından inteqrasiyasını sitimullaşdıracağı şübhəsizdir.

Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı fonunda türk dövlətləri birliyinin daha da möhkəmlənməsi ümumtürk maraqlarının qlobal arenmada daha effektiv müdafiəsinə imkan verəcək, türk dövlətlərinin milli maraqlarının təmini üçün əlverişli zəmin formalaşdıracaq. Bu baxımdan, İlham Əliuyevin Qırğızıstan səfəri sadəcə Azərbaycan-Qırğızıstan münasibətləri zəminində deyil, türk dnyasının ümumi maarq və mənafeyləri fonunda şərh edilməli, ümumtürk birliyinin tarixi yüksəlişinin yeni mərhələsi kimi dəyərləndirilməlidir.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər