Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin ona heç bir son tarix və ya ultimatum qoymadığını bildirib.
Moderator.az xəbər verir ki, Aysor.am-ın Rusiya liderinin Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində (AİB) qalmaqla bağlı referendum keçirmək üçün son tarix verib-verməməsi ilə bağlı sualına cavab olaraq Paşinyan deyib:
"Hər hansı bir ultimatumla əlaqəli ritorika bizim üçün qəbuledilməzdir."
O, Ermənistanın suveren hüquqları ilə bağlı qərarları müstəqil şəkildə qəbul etdiyini bildirib.
"Mən artıq demişəm: referendum keçirib-keçirməmək və nə vaxt keçirmək barədə qərar verməli olan bizik", - deyə baş nazir vurğulayıb.
S.Laçın