Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1887
27 Jul 2026 | 19:59

Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?..

"...Bu gün hələ də yüksək kreslolarda əyləşənlər üçün bundan böyük tövsiyə yoxdur: dövlətə, xalqa, vətəndaşlara, insanlığa xidmət edin, kresloya yox; çünki..."
 
 -3 CÜMLƏ İLƏ BİR “NƏTİCƏ”...-
 
...8 il 3 ay öncə işğalçı Rusiya diktatoru V.Putinin “Şərəf”(!)ordeni verdiyi Prezident Administrasiyasının 24 il 8 ay rəhbəri olmuş Ramiz Mehdiyevin son 9 aylıq ev dustaqlığı qananlara bir dərs verdi: illərlə yığılan vəzifə gücü, qurulan bürokratik qalalar və yaradılan toxunulmazlıq hissi bir gün sahibini qorumağa yox, onun haqqında danışılan  cinayət hekayətlərinin sayını artırmağa başlayır...
 
...Korrupsiya və məmur təkəbbürü ilə assosiasiya olunan idarəçilik məktəbinin son dərsi göstərdi ki, kabinetin qapısı nə qədər ağır olsa da, bir gün hökmən arxadan bağlanır...
 
...Bu gün hələ də yüksək kreslolarda əyləşənlər üçün bundan böyük tövsiyə yoxdur: dövlətə, xalqa, vətəndaşlara, insanlığa xidmət edin, kresloya yox; çünki kreslo sahibini qorumağı bacarmır, sadəcə onun yıxılmasını bir qədər gecikdirir...
 
P.S. Azərbaycanda bəzi məmurlar elə bilirlər ki, onların bioqrafiyasını katibləri yazacaq... Halbuki son fəsli çox vaxt istintaq, məhkəmə və xalqın yaddaşı qələmə alır. Hələ bütün bu qələmə alınanların əsasında Allahın Axirət günü onlara kəsiləsək ağır cəzalarını demirik...  
 
Sultan Laçın
 
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər