30 iyun 2026-cı ilə olan məlumata əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər vətəndaşımız itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatdadır. Təəssflər olsun ki, Ermənistan tərəfi bu günə qədər də həmin vətəndaşların aqibətinə aydınlıq gətirməyib, bununla bağlı Azərbaycana hər hansı məlumat təqdim etməyib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə onlarla kütləvi məzarlıq aşkar edilib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin sədri olduğu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əlaqədar qurumlarla apardığı araşdırmalar nəticəsində vətəndaşlarımızın ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyini öz təsdiqini tapıb.

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“İtkin düşən vətəndaşlarımızla bağlı Azərbaycan tərəfinə Ermənistanın heç bir məlumat verməməsi, eləcə də aşkar edilən qalıqlar üzərindəki zorakılıq izləri erməni faşizminin vəhşiliklərindən xəbər verir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu istiqamətdə gördyü işlər, atdığı addımlar xüsusilə təqdir edilməlidir. Məhz bu qurumun digər dövlət orqanları ilə birlikdə apardığı araşdırmalar nəticəsində məlum olub ki, ermənilər bu insanları xüsusi amansızlıqla qətlə yetirib, qadın və azyaşlı uşaqlara belə aman verməyiblər. Bu cür faktların üzə çıxarılması həqiqətin aşkara çıxarılması ilə yanaşı, həm də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti təqdi edilməli, alqışlanmalıdır.
1988-ci ildə bu vaxta qədər ermənilərin törətdiyi vəhşiliklər hər kəsə məlumdur. Beynəlxalq təşkilatlarda da bu barədə kifayət qədər məlumat var. Lakin riyakarlıq, saxtakarlıq edərək bəzən özlərini bilməməzliyə vurur, ermənilərin xeyrinə qərarlar, qətnamələr qəbul edirlər.

2020-ci ildən sonra biz itkin vətəndaşlarımızın bir qisminin qalıqlarına kütləvi məzarlıqlarda rast gəldik. Aparılan araşdırmalar göstərdi ki, onlar xüsusi qəddarlıqla öldrlüb. Qətlə yetirilməmişdən öncə onlara çoxsaylı işgəncələr verilib.
Ermənistanla müharibə başa çatıb. Sülh haqqıdna danışıqlar gedir. Məyyən sənədlər imzalanıb, müəyyən əlaqələr yaranır. Azərbaycan bu gün sülhyaratma prosesi ilə məşğuldur. Cənab Prezidentimizin apardığı siyasət nəticəsidə Azərbaycan öz məqsədlərinə nail olmaqdadır. Prezidentimiz bəyan edib ki biz dayanıqlı, etibarlı sülhün bərqərar olmasında maraqlıyıq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Lakin bu, o demək deyil ki, biz ermənilərin xalqımıza qarşı törətdiyi vəhşililəri unudacayıq və ya bunlara biganə qalacağıq. Qətiyyən belə deyil. Azərbaycan heç vaxt bu vəhşilikləri unutmayacaq, erməni faşizmini, onun qanlı simasını ifşa etməkdə davam edəcək”.
Seymur ƏLİYEV