Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daim yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Azərbaycan dövləti üçün bir nömrəli prioritet məsələ hesab olunmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 13 iyul 2026-cı il tarixində IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında müdafiə və təhlükəsizlik məsələlərinə bundan sonra da diqqət mərkəzində saxlanılacağıənı bildirib, bununla bağlı ciddi mesajlar verib:
“...necə deyərlər, özümüzü müdafiə etmək bizə yad deyil, konsolidasiya olunmuş birlik ilə mübarizə aparmaq da. Təhlükəsizliyimizi, sərhədlərimizi, təhdidlərə qarşı mübarizə sistemlərimizi gücləndirmək - hər halda, 2003-cü ildən bəri məşğul olduğumuz bundan ibarətdir. Görünür, gücüm imkan verdiyi qədər bununla məşğul olmağa davam edəcəyəm.
Bu proses heç vaxt bitməyəcək, bax, siz qeyd etdiniz, bir il əvvəl danışdığımızı. Bəli, bir az nəfəs ala bilərdik, amma bu şansımız olmayacaq. Hətta 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Qələbədən sonra bir saniyə belə nəfəsimizi dərmədik. Düzünü desək, bayram etmək üçün nə vaxt, nə də istək var idi. Çünki o qədər çox bayram etmək olar ki, hər şeyi gözdən qaçıra bilərsiniz”... (https://president.az/az/articles/view/72945 )
Azərbaycanın müdafiə məsələsinə bunca həssaslıqla yanaşması həm dövlətimizin təhlükəsizliyinin etiabarlı təmini, həm də regional sülhün qorunub saxlanılması baxımından ideal yanaşma hesab edilə bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, Azərbaycanın regional sülh və təhlkəsizliyin qarantı olduğunu bildirib:
“Azərbaycan müdafiə və təhlükəsizlik məsələsində öz sözünü deyib. Bunun ən bariz nümunəsi 8 Noyabr zəfəridir. Silahlı Qvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyət sübut etdi ki, Azərbaycan öz ərazi btövlüyünü, suverenliyini, təhlükəsizliyini təmin etməyə qadirdir. Bu qələbə həm də sübut etdi ki, Azərbaycan regionda həm də hərbi baxımdan liderdir və Cənubi Qafqazda etibarlı, uzunmüddətli sülhə böyük töhfə verir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan pot-müharibə dönəmində də müdafiə qabiliyətinin artırılmasına xüsusi diqqət yetirir. Bu istiqamətdəki səylərini uğurla davam etdirir. Hansı ki, bu, xalqımızın və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, mümkün risk və təhlükələrdən sığortalanması baxımından həyati əhəmiyyətə malikdir.
Azərbaycanın həm iqtisadi, həm də hərbi müstəvidə əldə etdiyi uğurlar, ortaya qoyduğu nailiyyətlər sübut edir ki, dövlətimiz sürətli inkişaf və tərəqqi yolundadır. Dünyanın ən qüdrətli dövlətlərinin belə ökəmizlə əməkdaşlığa can atması respublikamızın artan qdrətindən xəbər verir. Və Azərbaycanın əldə etdiyi nailiyyətlə onu deməyə əsas verir ki, ölkəmizlə əməkdaşlıq edən hər bir dövlət bu əməkdaşlıqdan qazanclı çıxacaq, öz xalqının tərəqqisinə töhfə verəcək”.
Seymur ƏLİYEV