5337
21 Jul 2026 | 14:35

"Tramp İrandan daha təhlükəlidir: dağıntı gətirən bir insan" - "The Guardian"

 
"Sənə hörmət etməyəndə lider olmaq çətindir. Tramp Amerikanı böyük etmir..."
 
Donald Tramp İran böhranında ilişib qalıb və bu münaqişədən çıxış yolu artıq görünmür. İran macərası ABŞ-ın nüfuzunu və təsir imkanlarını zəiflədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
Tramp İran bataqlığında
 
Nəşr yazır ki, Tramp Hörmüz boğazının bağlanmasından əvvəl İranın təslim olacağını gözləyirdi, lakin cavab zərbələri onu "şoka saldı". Dünyanın qalan hissəsi üçün isə bu, gözlənilməz olmadı. Məqalədə qeyd olunur ki, ABŞ-ın bombardmanları İran rejimini zəiflətmək əvəzinə onu daha da möhkəmləndirir.
 
Tramp qələbə qazandığını desə də, artıq ona heç kim inanmır. Müəllifin fikrincə, ABŞ-İsrail əməliyyatının əsas məqsədləri - İranın nüvə proqramının dayandırılması, bölgədəki qüvvələrinin zəiflədilməsi və hakimiyyət dəyişikliyi getdikcə daha uzaq görünür.
 
"Əsas təhlükə İran deyil, Trampdır"
 
Məqalədə bildirilir ki, Tramp başladığı müharibəni bitirmək əvəzinə, səhvini etiraf etməkdən yayınır və qarşıdurmanı uzadır. Bu isə dünya iqtisadiyyatına zərbə vurur, müttəfiqləri narahat edir və ABŞ-ın nüfuzunu zəiflədir. Müəllif Trampın Qəzza və Ukrayna siyasətini də uğursuz hesab edir. Onun fikrincə, ABŞ prezidenti problemlərin səbəblərini dərindən araşdırmadan qərarlar verir və eyni səhvləri İran məsələsində də təkrarlayır.
 
ABŞ-ın nüfuzu azalır
 
"The Guardian" yazır ki, İranla bağlı əməliyyat ABŞ üçün getdikcə daha böyük problemə çevrilir. Vaşinqtonun qərarları müttəfiqləri çaşdırır, rəqiblərini sevindirir, dünya bazarlarında isə qeyri-sabitlik yaradır. 
 
Müəllif qeyd edir ki, Konqres və amerikalıların böyük hissəsi bu müharibəyə qarşıdır, lakin Tramp tənqidlərə məhəl qoymur. Sonda məqalədə vurğulanır ki, Tramp Amerikanı "böyük" etmir, əksinə onun nüfuzunu və beynəlxalq mövqeyini zəiflədir. Müəllif bunu "2026-cı il Trampdan müstəqillik bəyannaməsi"nə ehtiyac kimi ifadə edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər