Vətəndaş polisin hüququnu sonuna qədər müdafiə etmək niyyətindədir!..
2254
18 Jul 2026 | 07:17

Vətəndaş polisin hüququnu sonuna qədər müdafiə etmək niyyətindədir!..

“Mövzuyla əlaqədar 2 məhkəmə prosesi keçirlmişdir və hər iki məhkəmə, insan, vətəndaş və qadın haqqlarını qoruyub, haqq-ədalət qalib gəlib!..”
 
Təranə Quliyeva: “Azərbaycanda sabitliyi, Cəmiyyətimizin dinc, firavan, təhlükəsiz həyatını, vətəndaşların yaşamaq və istirahət hüquqlarını, sağlam Dövlət-Vətəndaş münasibətlərini nəzərə almaq və qorumaq hamımızın borcudur...”
 
“Bir müddət öncə, barəmdə mətbuata dəqiqləşdirilməmiş, qarşı tərəfin mövqeyi nəzərə alınmadan, sensassiya xarakteri güdən, qərəzli və qeyri-obyektiv "akta" istinad edən bir  dezinformasiya  yayılmışdı. Baxmayaraq ki, "Qafqazinfo" saytına müraciətimiz və təqdim etdiyimiz sübutlardan (son 4 ilin kommunal ödəniş qəbzləri daxil və  heç bir kommunal borcun mövcud olmadığı) sonra, sözügedən sayt, operativ olaraq, qarşı tərəfin fikrinə anlayış göstərərək, xəbəri yeniləmiş və mövzunun doğru olmadığını yazmışdır, amma, digər mənbələr bunu nəzərə almamış tirajlamışlar”. 
 
Naxçıvanın sabiq Baş nazirinin keçmiş müavini Təranə Quliyevanın Moderator.az-a göndərdiyi yazılı açıqlamada bildirilir.
Təranə xanımın yazdığına görə, mövzuyla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib və hörmətli cənab nazir Vilayət Eyvazovun bilavasitə nəzarəti ilə araşdırma başladılıb və onun haqlı olduğu bir daha təsdiqlənib:
 
“Bundan əlavə, mövzuyla əlaqədar 2 məhkəmə prosesi keçirlmişdir və hər iki məhkəmə, insan, vətəndaş və qadın haqqlarını qoruyub, haqq-ədalət qalib gəlib! Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin 04 iyun 2026- cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 29 İyun 2026 tarixli qərarlarıyla barəmdə mətbuata məqsədli şəkildə yayılmış inzibati xəta maddələrinin mövcud olmadığına qərar verilib. 
 
Bəli, Azərbaycanda İnsan haqqlarının qorunmaması, Qanunların işləməməsi, məhkəmə sisteminin şəffaf olmaması haqda car çəkib, bağıranlara şəxsən qarşılaşdığım və şahidi olduğum Ədalətdən və Qanunların necə işləməsindən söz açıram. Bir insanın, Azərbaycan vətəndaşının, qadınının haqqının, dürüstlüyünün  Azərbaycan Dövlətində, Qanun instansiyalarında necə qorunduğunun şahidi oldum və öz Ölkəmlə bir daha qürur duydum!.. 
 
Buradan vətəndaş-polis münasibətlərini hədəf alan, qara yaxmağa meyilli olan, mülkiyyətçilərin cibinə girməkdə, qanunvericilik və insan  haqlarını hər addımda pozan "bina komendantları" və onların bəzilərini əllərində alət edən,  şərəfini 5 manata satıb, sabitliyimizi pozmağa meyillənənlərə bildirmək istəyirəm ki, bir daha barəmdə sosial şəbəkələrə, “votsap” qrupuna şəxsi və icazəsiz çəkilmiş, konstitusion hüquqlarımı pozan foto-video və şərəf-ləyaqətimə toxunan mətn paylaşılarsa, dərhal Dövlət Təhkükəsizlik Orqanına, DTX-ya müraciət ediləcək  və təxribatçılar ifşa olunacaqlar. 
 
Azərbaycanda sabitliyi, Cəmiyyətimizin dinc, firavan, təhlükəsiz həyatını, vətəndaşların yaşamaq və istirahət hüquqlarını, sağlam Dövlət-Vətəndaş münasibətlərini nəzərə almaq və qorumaq hamımızın borcudur. 
 
Təranə Quliyeva,
Naxçıvan MR Baş nazirinin sabiq müavini”
 
Redaksiyadan:
 
Qeyd edək ki, bir müddət əvvəl bəzi media orqanları Təranə Quliyeva barədə yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşdığı, hətta bir az da irəli gedərək xırda xuliqanlıq etdiyi barədə məlumat tirajlamışdı. Halbuki, 15 ildir həmin binada yaşayan T.Quliyeva kommunal xərclərini vaxtlı-vaxtında və artıqlaması ilə ödədiyi barədə qəbzlər təqdim etsə də, media orqanlarının əksəriyyəti onun təkzibini verməkdən boyun qaçırmışdılar. 
 
T.Quliyevanın bu insidentdə günahının olmadığı məhkəmə orqanları də barəsində çıxardıqları qərarlarla təsdiqləmişlər. 
 
Sabiq məmur bu insidenti törədənlərin niyyətinin polisləri vətəndaşın gözündən salmaq istəməsi kimi qiymətləndirir və həm özünün, həm də asayiş keçikçilərinin hüquqlarını sonuna qədər müdafiə edəcəyini bildirib.
 
Moderator.az
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər