“Fransanın dənizaşırı xalqlara qarşı törətdiyi cinayətlər araşdırılımalıdır”
Ekskluziv
2011
17 Jul 2026 | 14:58

“Fransanın dənizaşırı xalqlara qarşı törətdiyi cinayətlər araşdırılımalıdır”

Prezident İlham Əliyev I Şuşa Qlbal Media Forumunda Fransanın dənizaşırı xalqlara qarşı törətdiyi cinayətlər haqqında ciddi faktlar səsləndirib. Dövlət başçısı qeyd edib ki, Fransa bu xalqların torpaqlarında dəfələrlə nüvə sınaqları keçirib ki, bu da həmin xalqların genefonduna ciddi zərbə vurub, onlara ağır itkilər hesabına başa gəlib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, Fransanın törətdiyi cinayətlərin araşdırılması gərəkdiyini bildirib:

“Təbii ki, Fransanın dənizaşırı xalqlara qarşı törətdiyi bütün cinayətlərin, eləcə də bu ərazilərdə aparılan nüvə sınaqları və onun ağır nəticələrinin araşdırılmasına ciddi ehtiyac var. Məhz belə bir araşdırma Fransanın cinayətləri haqqında daha müfəssəl və dəqiq məlumatların əldə olunmasını təmin edə bilər. Lakin bir məqamə da unutmayaq ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu baxımdan Fransanın bu araşdırmaya mane olmaq,  onun obyektiv şəkildə aparılmasına müdaxilə imkanı var. Buna görə də Fransanın dənizaşırı xalqlara qarşı törətdiyi cinayətlərin araşdırılması elə şəkildə həyata keçirilməlidir ki, rəsmi  Paris bu prosesə müdaxilə edə bilməsin”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər