Ukraynanın 425-ci əlahiddə "Skala" həmlə alayının döyüşçüləri Dnepropetrovsk bölgəsində Rusiyanın müdafiə xəttini yarıb. Qoşunlar bölgədəki bir neçə yaşayış məntəqəsini azad etməyi bacarıblar.
Dnepropetrovsk bölgəsində ümumilikdə altı yaşayış məntəqəsi Ukraynanın nəzarəti altına keçib: Ternovo, Zaporojskoye, Novogeorgievka, Vorone, Sıçnevo və Maliyevka.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə "ArmiyaInform" media orqanı 13 iyul bazar ertəsi günü məlumat yayıb.
"İrəliləyişin dərinliyi 25 kilometr olub", - deyə nəşr bildirib.
Ukrayna qoşunları Rusiyanın 120-ci dəniz piyada diviziyasına və 68-ci ordu korpusunun bölmələrinə "ciddi itkilər" verib.
Alay həmçinin qeyd edib ki, onlarla həmlə qrupu eyni vaxtda Velikimixaylivka ərazisindən şərq və cənub istiqamətlərində irəliləməyə başlayıb. Hücum əməliyyatları daimi hərbi hava dəstəyi ilə həyata keçirilib.
"Düşmən pilotlarını müəyyən etmək və məhv etmək üçün sistemli səylər göstərilir", - deyə "ArmyInform" bildirib.
Bundan əlavə, hərbçilər işğalçıların 656-cı moto-atıcı alayının şəxsi heyətinin Temirovka kəndində cəmləşdiyini bildiriblər. Bu kənddən əsas Rusiya logistika marşrutu keçir.
Hesabatda deyilir ki, " "Skala" bölmələrinin irəliləməsi onlara atəşə nəzarəti ələ keçirməyə və zərbə qüvvələrinin məsafəsini artırmağa imkan verib".
Ümumilikdə, döyüşçülər 126 kvadrat kilometr ərazini azad etməyi bacarıblar.
Xatırladırıq ki, 8 iyulda 37-ci əlahiddə dəniz piyada briqadasının döyüşçüləri işğaldan bir il sonra Donetsk vilayətindəki Novoxatskoye kəndinin azad edildiyini bildiriblər.
Bir müddət əvvəl Amerika Müharibə Tədqiqatları İnstitutu("İSW") da 2026-cı ilin may ayında Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarının ələ keçirə biləcəyindən daha çox ərazini azad etdiyini bildirib.
S.Laçın