Xurşidbanu Natəvanın kötücəsi bu görüntülərə görə prokurorluğa müraciət etdi: “Dedi ki, silməyəcəm, yenə edəcəm” - FOTOLAR
3655
13 Jul 2026 | 22:30

Xurşidbanu Natəvanın kötücəsi bu görüntülərə görə prokurorluğa müraciət etdi: “Dedi ki, silməyəcəm, yenə edəcəm” - FOTOLAR

“Xatırlayırsınızsa bir neçə ay bundan əvvəl ulu nənəm Xurşidbanu Natəvanın sosial şəbəkədəki izləyici tərəfindən süni intellektlə müxtəlif fotoları və videoları hazırlanmışdı. Mən buna qəti şəkildə etiraz etdim və həmin şəxsə kəskin münasibətimi bildirdim. Mənim ona yazdıqlarımdan bir nəticə çıxartmadı və öz işinə davam etdi. Ona görə də onu prokurorluğa şikayət etdim. Özləri də araşdırırlar. Yəqin ki, həmin xanımı çağırıb müəyyən ölçü götürüblər. Məsələnin dərinliyinə getmədim. Çünki aldığım məktubdan belə başa düşdüm ki, iş artıq aidiyyatı üzrə yönləndirilib. Bu təkcə bizim nəslin deyil, Azərbaycanın Respublikasının milli, tarixi dəyərlərinə toxunan bir məsələdir. Düşünmürəm ki, qanun keşikçiləri bu məsələyə laqeyd münasibət bəsləyəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında Xan qızı Xurşidbanu Natəvanın kötücəsi Pərvin Vəzir Kəyani deyib.

O daha sonra həmin mövzudan danışmaqla söhbəti davam etdirib:

“Həmin paylaşımları edən Mələk Mirzəyeva adlı şəxsdir. Mən onun şəxsi mesaj bölməsinə yazıb xahiş etdim ki, o görüntüləri zəhmət olmasa silin. Mənimlə kobud danışdı və dedi ki, “heç vaxt silməyəcəm”. İctimaiyyət arasında yalnış fikir formalaşdırır. Təəssüf ki, mənim tərəfimi saxlayanlar az oldu. Çünki gənclərin əksəriyyəti süni intellekt tərəfdarıdır və o Xurşidbanu Natəvanı necə təsvir edibsə o fikrin dəstəkçiləridir. Xurşidbanu nənəmiz bir neçə dil bilib, mükəmməl düşüncə tərzinə, zəkaya sahib olub. Onun başındakı kələğayı elə-belədən deyil. Bizim nəslimizdə hamı dini-etiqada bağlı insanlardır və hamımız da kələğayıdan baş örpüyü istifadə edirik.. Həmin xanım Natəvanı küçə qadını kimi təsvir etdi. Buna etirazımı bildirmək mənim haqqımdır. Mənim yerimə kim olsaydı heç kim susmazdı. Onunla bu qədər xahişdən sonra 2 video da yüklədi. Söhbət 3-4 videodan gedir. Hətta dedi ki, “yenə də işimə davam edəcəm” deyə bildirmişdi”.

Pərvin Vəzir Kəyani öz şəcərəsindən də danışıb:

“Mən Qarabağ xanlığının vəziri Mirzə Camal Qarabağinin nəslindənəm. Cavanşirlər tayfasına mənsub Vəzirovlar nəslinin Əsgərbəylilər qolunun parlaq nümayəndəsi Seymur bəy Məşədi Ələsgər bəy oğlu Vəzirovun ailəsində boya-başa çatmışam. Daha sonra bu nəsil “Vəzirlər” adlandırılıb. Bu şəcərə ilə bağlı tədqiqatlarım, kitablarım var. Hazırda xan nəslinə aid xanımlar haqda kitablar yazıram” deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər