İran Amerikanın Fars körfəzindəki 4 obyektinə sarsıdıcı zərbələr endirdi...
Ekskluziv
2360
13 Jul 2026 | 06:48

İran Amerikanın Fars körfəzindəki 4 obyektinə sarsıdıcı zərbələr endirdi...

İran ordusu Fars körfəzindəki ABŞ obyektlərinə silsilə zərbələr endirib.
 
Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir. 
Peyk görüntülərinə əsasən, İranın Fars körfəzindəki ABŞ obyektlərinə endirdiyi zərbələrin nəticələri göstərilib:
 
-İordaniyadakı "Sultan Həsən" aviabazasında MQ-4C Triton PUA-larının olduğu anqar məhv edilib;
 
-Qətərdəki "Əl-Udeyd" aviabazasında bir anqara ziyan dəyib;
 
-Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahı ərazisindəki anbar vurulub;
 
-Küveytdə BMT-nin keçmiş bazasında yanğın baş verib; İran bu bazanın ABŞ-yə məxsus "HIMARS" sistemlərinin yerləşdirilmə məntəqəsi olduğunu iddia edir.
Məlumatların xeyli qismini İranın "Tasnim" və Çinin "Xinhua" agentlikləri də təsdiqləyib.
 

Moderator.az xatırladır ki, musavat.com-un gecə saatlarında yazdığına görə, İranın ABŞ hərbçilərinə zərbə endirməsi ilə bağlı yayılan məlumatlar ətrafında ziddiyyətli açıqlamalar verilib. ABŞ Mərkəzi Komandanlığı ("CENTCOM") İran mediasının Küveytdə 3 Amerika hərbçisinin öldürüldüyü barədə iddialarını qəti şəkildə təkzib edib.

"CENTCOM"-un açıqlamasında bildirilib ki, İran təbliğatının bu gün İranın zərbələri nəticəsində Küveytdə üç ABŞ hərbçisinin öldürüldüyü barədə yaydığı məlumat həqiqəti əks etdirmir. Komandanlıq vurğulayıb ki, bölgədə ABŞ hərbçilərinin ölümü və ya yaralanması ilə bağlı heç bir məlumat yoxdur və bütün şəxsi heyətin yoxlanılması davam edir.

Bununla yanaşı, "The Washington Post" qəzeti Küveytdə İranın pilotsuz uçuş aparatının hücumundan sağ çıxan altı ABŞ əsgərinin ifadələrini yayıb.

Nəşrin məlumatına görə, hərbçilər bazanın həssas və İranın mümkün hədəfi olduğu barədə komandanlığa dəfələrlə xəbərdarlıq edildiyini, lakin bu xəbərdarlıqlara məhəl qoyulmadığını bildiriblər.

Onların sözlərinə görə, hərbi rəhbərlik İranın mümkün hədəflərini və atacağı addımları kifayət qədər ciddi qiymətləndirməyib.

S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər