Ekskluziv
2806
09 Jul 2026 | 14:59

"Trampın Ukrayna ilə bağlı mövqeyi dəyişdi, NATO müttəfiqlərində nikbinlik yarandı" - "Financial Times"

 
ABŞ prezidenti Kiyevə təhlükəsizlik zəmanətləri və "Patriot" sistemlərinin istehsalı ilə bağlı mühüm açıqlamalar verib
 
Ankara sammitində Donald Trampın Ukraynaya münasibətindəki gözlənilməz dəyişiklik Avropa ölkələrində ehtiyatlı nikbinlik yaradıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Trampın tonu dəyişdi
 
NATO-nun Ankara sammitində Donald Trampın Ukrayna ilə bağlı daha müsbət mövqe sərgiləməsi Avropa müttəfiqləri üçün ən diqqətçəkən hadisələrdən biri olub. Nəşrin yazdığına görə, ABŞ prezidentinin Vladimir Zelenskini açıq şəkildə dəstəkləməsi və Ukraynanın gələcəyinə nikbin yanaşması əvvəlki sərt bəyanatlarından ciddi fərqlənib.
 
Diplomatlardan birinin sözlərinə görə, Tramp güclü tərəfi dəstəkləməyi sevir və hazırda Ukraynanın təşəbbüsü ələ aldığını düşünür.
 
Tramp yeni zəmanətlər verdi
 
Tramp ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd insanların həyatını xilas etməkdir. Eyni zamanda o qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalansa, belə zəmanətlərə ehtiyac qalmayacaq.
 
ABŞ prezidenti həmçinin Vaşinqtonun Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya və texnologiya təqdim edə biləcəyini açıqlayıb. O əlavə edib ki, ukraynalı mütəxəssislərin bu texnologiyanı qısa müddətdə mənimsəyəcəyinə inanır.
 
Müttəfiqlər nikbinləşdi
 
NATO rəsmiləri hesab edir ki, Trampın yeni mövqeyi ABŞ-nin Kiyevə dəstəyinin güclənəcəyinə və Rusiyaya təzyiqin artacağına işarədir. Tramp həmçinin Ukraynanın Rusiyanın arxa cəbhəsindəki hərbi və enerji obyektlərinə zərbələrini "eskalasiya" adlandırsa da, bunun müharibənin daha tez başa çatmasına kömək edə biləcəyini istisna etməyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər