Pezeşkian Paşinyana təşəkkür etdi:
Ekskluziv
2574
09 Jul 2026 | 09:56

Pezeşkian Paşinyana təşəkkür etdi: "Şəhid liderimiz Ermənistanı dürüst qonşu adlandırmışdı..." 

İran Prezidenti Məsud Pezeşkian Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak etdiyinə görə Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” məlumat yayıb. 
 
İran prezidenti sosial media səhifəsində yazıb və erməni dilində mesaj yayımlayıb: "Şəhid Ali Liderin vida mərasimində iştirak etdiyinə görə Ermənistanın Baş naziri cənab Nikol Paşinyana təşəkkürümü bildirirəm. O, əlavə edib ki, vaxtilə Əli Xamenei Ermənistanı "dürüst qonşu" adlandırmışdı.
 
Xatırladaq ki, İran İslam Respublikası “TRIPP” layihəsi (Zəngəzur dəhlizi.red) ilə bağlı sərt mövqeyini davam etdirir. Rəsmi Tehran marşrutun reallaşdırılmasına qarşı mövqeyini bir daha vurğulayıb.
 
Belə ki, iyulun 4-də mərhum ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasındakı dialoq diqqət çəkib. Pezeşkian Paşinyana regiondan kənar aktorların müdaxiləsinin bölgənin problemlərini həll etmədiyini, əksinə, çətinlik yaratdığını bildirib. Bu, İran rəhbərliyinin İrəvana ABŞ-ın təşəbbüsü ilə həyata keçirilməsi planlanan “TRIPP” layihəsi ilə bağlı mesajı kimi dəyərləndirilib.
 
Bəyanatlarda Ermənistanın da adı çəkilsə də, ekspertlər hesab edirlər ki, əsas mesaj məhz Azərbaycana ünvanlanıb.
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər