“NATO-nun Ankarada keçirilən 36-cı sammiti Türkiyənin triumfudur”
Ekskluziv
2269
08 Jul 2026 | 18:36

“NATO-nun Ankarada keçirilən 36-cı sammiti Türkiyənin triumfudur”

Azər Qasımov: “NATO tarixində yeni dövr başlayır və bu dövr Türkiyənin ətrafında formalaşacaq”

“NATO-nun Ankarada keçirilən 36-cı sammitini Türkiyənin triumfudur”.

Bunu Moderator.az-a açıqlamasında ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib. Politoloq qeyd edib ki, ABŞ prezidentinin sammitdə iştirakı faktı da Türkiyənin artan hərbi-siyasi qüdrətinin isbatıdır:

“İstər müasir yerli hərbi pilotsuz və pilotlu uçuş aparatları, təyyarələrin nümayişi, istər möhtəşəm qəbul törəni və məkan, istərsə də sammitin mahiyyətini təşkil edən ABŞ prezidenti Donald Trampın sammitdə R.T.Ərdoğana görə iştirakı Türkiyənin hərbi və siyasi gücünün bütün dünyaya nümayişi oldu. Tramp bu sammitə mahiyyət qatır və sammitin səviyyəsini qaldırdı. Trampsız bu sammit sönük və mənasız olar, qəbul edilən qərarların təsir gücü zəif olardı.

                                             

NATO baş katibi Türkiyənin hərbi gücünün mahiyyətini anladığı üçün bu barədə fikir bildirib. Avropanın hərbi sahədə problemlər yaşadığı bir vaxtda Türkiyənin hərbi-sənaye kompleksinin əldə etdiyi uğurlar hər kəsin gözü qarşısındadır. Türkiyə NATO-nun aparıcı dövlətinə çevrilir. Trampın Avropaya olan soyuq münasibəti fonunda və Avropanın Türkiyəyə ehtiyacının artdığı bir zamanda Türkiyə yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxır. Tramp da bunda maraqlı görünür. Onun Türkiyəyə bu sammitə Ərdoğana görə gəldiyini bildirməsi Türkiyənin rolunun artmasını göstərməklə yanaşı, Avropanı Türkiyəyə tapşırmaq məqsədi daşıyır. Tramp Avropanın təhlükəsizliyinin Türkiyənin nəzarətində olmasını istəyir. NATO ölkələri də bunda maraqlıdırlar.

Hesab edirəm ki, NATO tarixində yeni dövr başlayır və bu dövr Türkiyənin ətrafında formalaşacaq. Vaxtilə Türkiyəni Sovet İttifaqına qarşı yem kimi istifadə üçün NATO-ya qəbul edən ölkələr indi Türkiyənin hərbi-siyasi gücünə sığınırlar”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər