Ekskluziv
2552
08 Jul 2026 | 17:00

"Hörmüz düyün deyil, ABŞ-İsrail cütlüyünü boğan kəmənddir…”

“ABŞ və İsrail İranın mülki infrastrukturunu vursa, İran da İsrailin və körfəz ölkələrinin müvafiq infrastrukturuna, eləcə də neft və qaz sektorlarına amansız zərbələr endirəcək, internet xətlərini kəsəcək...”
 
“Əgər İslam Respublikası özü üçün ciddi bir təhlükə hiss etsə, zərrə qədər də tərəddüd etmədən bu silahı İsrailə və ABŞ-nin bölgədəki hərbi qüvvələrinə qarşı tətbiq edəcək...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış tədqiqatçı Araz Şəhrilinin “Hörmüz düyün deyil, ABŞ-İsrail cütlüyünü boğan kəmənddir...” başlıqlı araşdırma yazısını təqdim edir:
“Hörmüz boğazında tez-tez baş verən toqquşmaların əsas səbəbi budur ki, ABŞ İsraili Livandan çıxmağa sövq və ya məcbur edə bilmir. Belə görünür ki, Donald Trampın Benyamin Netanyahunu guya təhqir etməsi, danlaması, acıqlaması barədə KİV-də  yayılan məlumatlar dezinformasiyadan başqa bir şey deyil. Məqsəd ABŞ prezidentinin İsrail baş nazirindən asılılığını, əslində, onun tabeliyində olduğunu pərdələmək, gizlətməkdir...
 
O da bəllidir ki, ABŞ-nin Hörmüz kəməndindən qurtulmaq üçün göstərdiyi bütün cəhdlər aşağıdakı səbəblərə görə iflasa uğrayacaq:
 
1. ABŞ-nin uzaq məsafədəki hədəfləri dəqiq vuran raketləri artıq tükənmək üzrədir. Bu o deməkdir ki, ABŞ hərbi təyyarələri İranın hava məkanına çox yaxınlaşmalı və ya ora daxil olmalıdır. Belə bir halda isə itkilərin kəskin şəkildə artacağı proqnozlaşdırılır.
 
2. Raket-dron hücumlarından müdafiə vasitələri, demək olar ki, bitib. Tanınmış analitik Teodor Postol deyir ki, İranın ballistik raketlərini “PAC-2” sistemi 3 faiz, “PAC-3” sistemi isə ən yaxşı halda 10 faiz effektliliklə vura bilir. Belə ki, ABŞ-nin “PAC-3” raketi bir saniyədə 1.7 km sürətlə, İranın adi ballistik raket isə bir saniyədə 2.5-3 km sürətlə uçur. Bu fərq raketin vurulmasını çətinləşdirir. İranın supersəs və hipersəs sürətli raketlərini isə vurmaq, demək olar ki, mümkün deyil. İndi ABŞ-nin nəinki bu raketləri, hətta yeni reaktiv dronları dayandırmaq imkanı da minimal səviyyədədir...
 
3. ABŞ özünün strateji neft ehtiyatlarını bazara çıxarmaqla yanacaq qiymətlərini uzun müddət ərzində stabil saxlaya bilməyəcək. Proqnozlara görə, həmin ehtiyatlar 30-45 günə kəskin azalacaq. Bundan sonra neft qiymətləri 150 dollara çatacaq. Neftin bir bareli 200 dolları keçəndə isə bütün dünyada, o cümlədən, ABŞ-də iqtisadi kollaps başlayacaq...
 
4. ABŞ və İsrail İranın mülki infrastrukturunu vursa, İran da İsrailin və körfəz ölkələrinin müvafiq infrastrukturuna, eləcə də neft və qaz sektorlarına amansız zərbələr endirəcək, internet xətlərini kəsəcək, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İsrailin su təmizləyici qurğularını partladacaq, ardınca Bab-əl-Məndab boğazını bağlayacaq. Bunlar baş versə, az qala bütün dünya “böyük depressiya” dövrünə daxil olacaq. ABŞ qüvvələri isə 40-50 dərəcə istidə susuz və işıqsız (soyuducular və kondisionerlər işləməyəcək) qalan körfəz ölkələrini tərk edəcəklər.
 
5. ABŞ-nin İrana qarşı dəniz blokadasını bərpa etməsi də, əslində, çıxış yolu deyil. Bu tədbir təkcə İrana zərbə vurmur, həm də dünya bazarına çıxarılan neftin miqdarını azaldır və iqtisadi fəlakətin başlayacağı anı yaxınlaşdırır. Reallıq budur ki, ABŞ-İsrail cütlüyünü tam məğlub etmək üçün İran yalnız körfəz ölkələrinin deyil, öz neftinin də bazara çıxarılmasını dayandırmalıdır. Amma bunun yaradacağı çətinlikləri də öz vətəndaşlarına anlatmalıdır. Beləliklə, ABŞ dəniz blokadasını tətbiq etməklə İran dövləti üçün, əslində, sərfəli olan bir işi görəcək. Məsələnin daha da aydın olması üçün qeyd edək ki, orta statistik iranlı indikindən də çətin şəraitdə yaşaya biləcək. Orta statistik amerikalı isə benzin və ərzaq qiymətlərinin İsrailə görə 4-5 dəfə qalxmasına dözməyəcək...
 
6. Quru əməliyyatlarına başlamaq barədə qərarın da xeyri olmayacaq. Çünki bunun üçün ən azı 6-12 aylıq hazırlıq tələb edilir. ABŞ-nin strateji neft ehtiyatları isə uzağı 45 günə tükənəcək. Əlbəttə, Tramp-Netanyahu rejiminin halətini nəzərə alaraq, ehtimal edə bilərik ki, Xərg, Qəşm və ya Sirik adaları istiqamətində hansısa desant əməliyyatı keçirilə bilər. Lakin ABŞ-nin bütün hərbi təhlilçiləri bu fikirdədir ki, belə bir avantüra heç bir fayda verməyəcək, ağır itkilərdən və yeni məğlubiyyətdən sonra Tramp danışıqları bərpa etmək üçün növbəti dəfə yalvaracaq. Amma sonra hər şey bir daha təkrarlanacaq. ABŞ üzərinə götürdüyü öhdəlikləri yenə də yerinə yetirə bilməyəcək. Çünki Trampın Netanyahuya təsir göstərmək imkanı, demək olar ki, yoxdur...
 
7.  Çıxılmaz vəziyyətdə olan Donald Tramp yenidən nüvə şantajına başlaya bilər. Amma bunun da nəticəsi olmayacaq. Belə ki, professor Teodor Postolun kifayət qədər detallı hesablamasına əsasən, hazırda İranın ən azı 22 nüvə başlığı var. Əgər İslam Respublikası özü üçün ciddi bir təhlükə hiss etsə, zərrə qədər də tərəddüd etmədən bu silahı İsrailə və ABŞ-nin bölgədəki hərbi qüvvələrinə qarşı tətbiq edəcək.
 
Beləliklə, ABŞ Tramp-Netanyahu  cütlüyünün onu saldığı dairənin içində, boynunda nəfəsini kəsən kəmənd uğursuzluğa doğru mənasız qaçışını bir müddət davam etdirəcək. Lakin sonda ram edilən vəhşi mustanq (Amerika atı) kimi yorulacaq və yeni reallıqla barışmağa məcbur olacaq...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər