Ukrayna Rusiyanın hərbi və enerji obyektlərinə yeni zərbələr endirib - Ukrayna KİV-ləri
Ekskluziv
1945
08 Jul 2026 | 13:53

Ukrayna Rusiyanın hərbi və enerji obyektlərinə yeni zərbələr endirib - Ukrayna KİV-ləri

 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin pilotsuz sistemlərinin Rusiyanın hərbi və enerji infrastrukturuna qarşı yeni zərbələr endirdiyini bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "censor.net" nəşri məlumat yayıb.
 
Məlumata görə, Voronej vilayətində yerləşən "Borisoglebsk" hərbi hava limanı, Saratov vilayətindəki Saratov Neft Emalı Zavodu və Tatarıstanın Nijnekamsk şəhərində fəaliyyət göstərən "TAİF-NK" neft emalı kompleksi hədəfə alınıb. Ukrayna tərəfi hər iki müəssisədə partlayış və yanğınların qeydə alındığını, bu obyektlərin isə Rusiyanın hərbi logistikası üçün mühüm əhəmiyyət daşıdığını iddia edir.
 
Baş Qərargahın məlumatına əsasən, Belqorod vilayətində hərbi yüklərin daşınmasında istifadə olunduğu bildirilən iki avtomobil körpüsü də vurulub. Bundan başqa, Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"na aid altı tankerin zərbələrə məruz qaldığı açıqlanıb.
 
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) isə son iki-üç gün ərzində ümumilikdə 21 gəminin, o cümlədən 19 tankerin, bir quru yük gəmisinin və bir bərənin vurulduğunu bildirib. Rusiya tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər