Ekskluziv
2089
08 Jul 2026 | 07:14

"Eşşək" ləqəbli deputat-oliqarxın şəxsi evində axtarış və həbs tədbirlərinin görüntüləri yayıldı...+VİDEO

Rusiyapərəst və revanşist "Çiçəklənən Ermənistan" partiyasının lideri, sabiq deputat-oliqarx, Qagik Tsarukyan xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.
 
Moderator.az xəbər verir ki, "Armtimes" -in yaydığı məlumata görə,  İstintaq Komitəsi Qagik Tsarukyanın şəxsi evində aparılan axtarış və həbsdən görüntülər dərc edib.
 Tsarukyan dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamı ilə həbs edilib.
 
Moderator.az xatırladır ki, işğal dövründə keçmiş Dağlıq Qarabağda məskunlaşmı. ermənilər arasında Xocalı və 1 Mart canisi Robert Köçəryanın dostu və "eşşək" ləqəbi ilə tanınan Qagik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində  partiyalar üçün nəzərdə tutulan 4%-lik minimum keçid həddini tam 4,00%-lik həddi keçə bilmədiyindən parlamentə düşə bilməyib...

 

S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər