Ukrayna Avropanın ən sürətlə inkişaf edəcək iqtisadiyyatları arasında ilk üçlükdədir - BVF
Ekskluziv
2100
07 Jul 2026 | 14:52

Ukrayna Avropanın ən sürətlə inkişaf edəcək iqtisadiyyatları arasında ilk üçlükdədir - BVF

 
Hesabata görə, ilk beşlikdə Malta, Kosovo, Ukrayna, Serbiya və Moldova yer alıb
 
2027-2031-ci illərdə Avropada ən yüksək iqtisadi artım tempinin Malta, Kosovo, Ukrayna, Serbiya və Moldovada qeydə alınacağı gözlənilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatında deyilir. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Proqnoza əsasən, Ukrayna orta hesabla ildə 3,8 faiz iqtisadi artımla Avropada üçüncü yeri tutacaq. Siyahıya Malta və Kosovo başçılıq edəcək. BVF bildirir ki, bu proqnoz müharibədən sonrakı bərpa ssenarisinə əsaslanır. Hesabata görə, döyüşlərin tədricən başa çatması ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına və iqtisadi fəallığın artmasına şərait yaradacaq.
 
Dünya Bankının qiymətləndirməsinə görə, Ukraynanın bərpası üçün tələb olunan investisiyaların həcmi artıq 600 milyard dollara yaxınlaşır. BVF hesab edir ki, məhz bu vəsaitlərin cəlb edilməsi ölkə iqtisadiyyatının sürətli inkişafına təkan verə bilər.
 
Bununla yanaşı, Fond xəbərdarlıq edir ki, müharibənin uzanması iqtisadi artım tempini əhəmiyyətli dərəcədə zəiflədə bilər. Bədbin ssenariyə əsasən, 2027-ci ildə Ukrayna iqtisadiyyatı cəmi 1 faiz artacaq. BVF vurğulayır ki, hərbi əməliyyatların davam etməsi ölkə iqtisadiyyatı üçün əsas risk olaraq qalır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər