Ekskluziv
3163
07 Jul 2026 | 14:23

"Müharibənin aktiv mərhələsi bu il başa çata bilər" - Budanov

 
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kiril Budanov hesab edir ki, müharibənin aktiv mərhələsinin 2026-cı ilin sonunadək başa çatması üçün imkan var.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "rbc.ua" nəşrinə müsahibəsində bəyan edib.
 
Budanovun sözlərinə görə, buna qədər döyüşlərin daha da şiddətlənməsi gözlənilir, lakin sonradan gərginliyin azalması və tərəflərin dialoqa qayıtması mümkün ola bilər. O, bildirib ki, müharibənin taleyi həm cəbhədəki vəziyyət, həm də diplomatik danışıqlarla müəyyənləşəcək.
 
O, Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa sövq etmək üçün Ukrayna, ABŞ və Avropanın koordinasiyalı fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb. Eyni zamanda, Ukraynanın ərazi güzəştlərinə getməsinin mümkün olmadığını qeyd edib.
 
Belarusla bağlı danışan Budanov hazırda bu ölkədən yeni hərbi təhlükə görmədiyini deyib. Onun fikrincə, Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibəyə qoşulmasının ağır nəticələrini anlayır və buna görə də belə bir addım atmağa maraqlı deyil. Budanov əlavə edib ki, Belarusun yeni cəbhə açmaması Ukrayna üçün strateji baxımdan böyük əhəmiyyət daşıyır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər