Bizi sosial şəbəkələrdən izləyin:
"Tədbir ailə institutunu gücləndirmək, uzunmüddətli nikahların ictimai qəbulunu artırmaq və Rusiya Federasiyasında ailə dəyərlərini dəstəkləmək üçün vahid yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır..."
Rusiya Dövlət Duması "qızıl toy ildönümlərini" (50 illik) qeyd edən həyat yoldaşları üçün vahid federal ödənişin tətbiqi imkanını nəzərdən keçirməyi təklif edib.
Moderator.az bu haqda Rusiyanın dövlət mediasına istinadla xəbər verir.
Təklif olunan tədbir ailə institutunu gücləndirmək, uzunmüddətli nikahların ictimai qəbulunu artırmaq və Rusiya Federasiyasında ailə dəyərlərini dəstəkləmək üçün vahid yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır...
Təşəbbüs Analar Şurasının sədri, Dövlət Dumasının deputatı Tatyana Butskaya tərəfindən irəli sürülüb. O, 50 ildir evli olan cütlüklərin təbrik ödənişi olaraq dövlətdən ən azı 20.min rubl almasını və bu ödənişin indeksasiyaya tabe olmasını təklif edir.
Təşəbbüs hazırda Əmək naziri Anton Kotyakov tərəfindən nəzərdən keçirilir. Sənədə əsasən, regionlar 50 illik evliliklərinə çatan cütlükləri təbrik etmək üçün vahid yanaşma hazırlamalıdırlar.
Etalon olaraq, "qızıl toy" üçün minimum 20 min rubl ödəniş təklif olunur, sonrakı ildönümlər üçün isə indeksasiya və ya mütənasib artımlar edilir. Butskaya qeyd edib ki, bu cür dəstək tədbirləri artıq ölkənin bir çox bölgəsində tətbiq olunur.
Müraciətdə uzunmüddətli rəsmi nikahın təkcə fərdi ailə üçün şəxsi xəzinə deyil, həm də sabit münasibətlərin, qarşılıqlı dəstəyin və ənənəvi ailə dəyərlərinin qorunmasının əhəmiyyətli sosial nümunəsi olduğu vurğulanır...
S.Laçın